Şrift:
Ağcabədidə ilanlar evə hücum edib
21.12.2011 [12:42] - Hadisə
Ağcabədi rayonunun Boyad kəndində bir evə ilanlar hücum edib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Aslanovlar ailəsinə məxsus evdə olan ilanları öncə uşaqlar görüb. Xoşbəxtlikdən ilanlar onlarla oynayan uşaqları sancmayıb. Ailə başçısı Məhəmməd Aslanov deyib ki, bu ilin yayında da evlərində ilanlar görünüb. Bir müddət qohumlarının evində yaşayan ailə sonradan evlərinə qayıda bilib.
Qeyd edək ki, Boyad kəndi Ağdam istiqamətindən keçən cəbhə xəttinə yaxındır. Ümumilikdə son illər təmas xəttinə yaxın yaşayış məntəqələrində ilin istənilən mövsümündə bu cür ilan sürülərinə təsadüf edilir. Bu isə, daha çox yaşayış olmayan işğal altındakı ərazilərdə sürətlə artan zərərvericilərin yaşayış məskənlərinə yayılmasına səbəb olur.
Bu xəbər oxucular tərəfindən 2593 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed