Şrift:
Ramazan Abdulatipov: Dağıstan və Azərbaycan yeni birgə layihələr reallaşdırırlar
11.09.2014 [12:18] - Gündəm, Dərbənd
Dağıstan və Azərbaycan bir neçə yeni layihə, o cümlədən Dərbənd yaxınlığında zavodun və şəhərin özündə idman mərkəzinin tikintisi reallaşdırılır. Bu barədə Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipov bildirib. "RİA Daqestan" agentliyi xəbər verir.
Abdulatipov hərbi xidmət keçmək üçün Dağıstana gələn zabitlərlə görüşüb. O, Dağıstan Respublikasının sərhədyanı rayonlarının Azərbaycan və Gürcüstanın sərhədyanı rayonları ilə iqtisadi əlaqələri barədə danışıb.
Abdulatipov bildirib: “Mən respublikanən rəhbərliyinə keçəndə Dağıstanın Azərbaycan və Gürcüstanla heç bir iqtisadi və mədəni layihəsi yox idi. İndi Azərbaycan Respublikası ilə bir neçə proqram və layihə həyata keçirilir. Bu il biz gələn il mədəniyyət investiisya forumunun keçirilməsi estafetini Azərbaycana vermişik. Bizə Gürcüstanla əlaqələrimizi aktivləşdirmək lazımdır. Biz burada yanaşmaları axtarırıq, Xarici İşlər Nazirliyin ilə məsləhətləşirik”.
Bu xəbər oxucular tərəfindən 996 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed