Şrift:
Sergey Lavrov: “Rusiyaya qarşı sanksiyalar Ukraynada böhranın tənzimlənməsinə kömək etməyəcək, əksinə, dərinləşməsinə gətirib çıxaracaq”
17.09.2014 [13:37] - Gündəm, İqtisadiyyat
“Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi Ukraynada daxili böhranın tənzimlənməsinə kömək etməyəcək, əksinə, böhranın dərinləşməsinə gətirib çıxaracaq”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov İspaniyanın “El Pais” qəzetinə müsahibəsində deyib. O bildirib ki, Rusiyaya qarşı sanksiyalar yolu ilə təzyiq Ukraynadakı qarşıdurmanın dərinləşməsinə, dialoqun çətinləşməsinə gətirib çıxaracaq: “Avropa Birliyinin bizim ölkəyə qarşı sentyabrın 12-də qüvvəyə minən yeni sanksiya paketinə Brüsselin Ukraynadakı böhranın tənzimlənməsi ilə bağlı təmas qrupunun Minsk görüşünün nəticələrinə reallıqları nəzərə almayan cavabı kimi baxırıq. Avropa Birliyinin bu addımı Kiyevdəki “müharibə partiyası”na birbaşa dəstək barədə siqnal göndərir, hansılar ki, Minsk protokolunun həyata keçirilməsində maraqlı deyillər”.

Rusiyaya qarşı sanksiyalar barədə danışan Sergey Lavrov onu da əlavə edib ki, Rusiya Federasiyası ölkənin qanuni milli maraqlarının, o cümlədən milli təhlükəsizlik maraqlarının qorunması üçün tədbirlər görülməsi haqqını özündə saxlayır: “Bununla yanaşı, ümid edirik ki, tərəfdaşlarımızın yanaşmalarında praqmatizm və sağlam düşüncə sonda qalib gələcək”.
Bu xəbər oxucular tərəfindən 765 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed