Şrift:
Darvin bankası - yatağında yeni quyu istismara verilib
19.09.2014 [01:02] - Xəbərlər, İqtisadiyyat
“Darvin bankası” yatağındakı 670 nömrəli meydançadan 675 nömrəli quyu qazmadan sonra istismara verilib.
ARDNŞ-nin rəsmi saytı məlumat verir ki, Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Lay Dəstəsinə qazılan quyu 1485-1469 metr intervaldan sutkalıq 6 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Qeyd edək ki, quyu “Abşeronneft” NQÇİ-nin sifarişi ilə qazılıb.
Bu xəbər oxucular tərəfindən 1008 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed