Şrift:
Müasir tibb sonsuzluq mifini dağıtmağa qadirdirmi? - Ginekologiya uzmanı Mahir Mehdiyev
19.09.2014 [01:04] - Xəbərlər, Müsahibə
Qaraciyərdə, böyrəklərdə olan problemlər, beyindaxili şişlər hamilə qalmağa problem yaradır”

“Kimyaterapiya alan xəstələrin yumurta hüceyrələrini dondurub saxlamaq, problem aradana qalxandan sonra onlardan istifadə edərək hamilə qalmaq mümkündür"

"Daha çox birincili sonsuzluqlara, yəni heç uşağı olmayan ailələrin şikayətlərinə rast

“Öncə sağlıq” proqramında ginekologiya uzmanı, tibb elmləri namizədi Mahir Mehdiyev deyib.

Mahir Mehdiyev qeyd edib ki, bəzən yeni ailə qurmuş şəxslər evlilikdən 6 ay, bəzən heç 3 ay keçməmiş ginekoloqa müraciət edirlər: “Bunu özlərinə böyük dərd edirlər. Bir sıra risk faktorlarını saymasaq, 6 ay həkimə müraciət etmək üçün çox tez müddətdir. Mən bunu il yarıma, hətta 2 ilə çəkməyin tərəfdarıyam. Amma ilkin, səthi müayinələr evliliyin bir ilinin tamamında olmalıdır. Bir ilin tamamında həkimə müraciət etməkdə fayda var. Səthi müayinələr nəticəsində bir ciddi problem aşkarlanmasa, o zaman daha 6 ay, 1 il gözləmək olar. Yəni ailəyə təbii yolla övlad sahibi olmaq üçün şans vermək lazımdır”.

Ginekoloq bildirib ki, evli cütlər bir il ərzində qorunmadan əlaqədə olurlarsa, hamiləlik baş vermirsə, bu zaman bu hala sonsuzluq deyilir: “Amma bu, ümumi bir yanaşmadır. Bəzən bir yerdə olma müddəti, hamilə qalmağa uyğun olan müddətlərlə üst-üstə düşmür. Əgər belədirsə, yəni bu insanların uşaqları olmursa, onlara sonsuz demək olmaz”.

Ginekologiya uzmanı şəxsi praktikasında kişilərin sonsuzluğuna daha çox rast gəldiyini deyib. M. Mehdiyev onu da deyib ki, Azərbaycanda ailələrin əsasən gənc yaşda qurulması qadınlarda sonsuzluq faktorunun azalmasına səbəb olur.

M. Mehdiyev vurğulayıb ki, qadın da, kişi də tam sağlamdırsa, amma qadın stress vəziyyətindədirsə, bu, onun hamilə qalmasına təsir edə bilər: “Qadının təbii yolla hamilə qalması üçün mütləq stress faktorunu aradan qaldırmaq lazımdır”.

Onun sözlərinə görə, ətraf mühitin çirklənməsi və zərərli vərdişlər də sonsuzluq hallarının artmasına gətirib çıxarır.

Mütəxəssis qeyd edib ki, qaraciyər və böyrək çatışmazlığı sonsuzluq yaradır:
“Bəzən hətta hamiləlik üçün müraciət edən qadında qaraciyər funksiyalarının normal olmadığı ortaya çıxır. Bu isə hamilə qalmağa təsir edir. Eynilə də beyindaxili şişlər, xüsusilə də qadın yumurtalıqlarının funksiyasının tənzimləyən hipofizin şişlərində qadınların aybaşı siklləri pozulur və hamilə qalmaq ehtimalları da azalır.
Ümumiyyətlə, orqanizmdəki bütün vəzlərin funksiyasının pozulması qadınlarda ovulyasiya prosesinə təsir edir. Mədəaltı vəzi, qalxanabənzər vəz, böyrəküstü vəzin funksiyasının pozulması ovulyasiya siklini pozur”.


M. Mehdiyev sonsuzluğa səbəb ola amillər arasında kimyaterapiyanın da rolunun olduğunu vurğulayıb: “Bu, ən çox sonsuzluğa səbəb olan üsuldur. Amma kimyaterapiya alan xəstələrdə yumurta hüceyrələri uzun müddətə dondurub saxlamaq mümkündür. Sonradan problem aradana qalxarsa, dondurulmuş hüceyrələrdən istifadə edərək hamilə qalmaq mümkündür"...gəlirik”.
Bu xəbər oxucular tərəfindən 1277 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed