Şrift:
Gürcüstanda Saakaşvili ailəsinin əmlakına həbs qoyulub
20.09.2014 [01:09] - Gündəm, Borçalı
Tbilisi məhkəməsi Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin ailəsinin əmlakına həbs qoyub.

BBC-nin verdiyi xəbərə görə, sabiq prezidentin vəkili Otar Kaxidze bəyan edib ki, onların arasında torpaq sahələri, Tbilisidəki ev və avtomobillər var.

“Prokurorluğun qərarında həbsin səbəbləri açıqlanmır”, deyə Kaxidze bildirib.

Xatırladaq ki, Gürcüstan prokurorluğu Mixeil Saakaşvili barəsində cinayət işi qaldırıb, onun barəsində axtarış elan edilib.
Bu xəbər oxucular tərəfindən 1383 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed