Şrift:
Azərbaycanda ilk Velo- polo yarışı keçirildi
22.09.2014 [13:54] - Xəbərlər, Gənclik, İdman
Çovqan oyununu at əvəzində velosipedlə oynadılar

Gənclər Fondunun dəstəyi ilə Bakıda İlk dəfə Gənclərarası Müasir Polo yarışması keçirilib.
Bu layihənin keçirilməsində məqsəd gəncləri kreativ və qeyri- adi tərzdə qədim Azərbaycanda yaranmış olan Çovqan-Polo oyunu ilə bağlı məlumatlandırmaq və bu oyun üzrə yarışma təşkil etməkdən ibarət olub. Bu barədə məlumat verən layihə rəhbəri Seymur Nuriyevin sözlərinə görə burada yarışmaya müasirlik və maraq qatan - yarışda atların əvəzinə velosipedlərin istifadəsi olub:
" Bütün iştirakçılar at əvəzinə velosipedlərlə təchiz olunmuşdu. Yarışmada hər birində 3 nəfər olmaqla 8 komanda iştirak edirdi. Bu komandalar arasında olimpiya sistemi üzrə yarış təşkil olundu".
Xatırladaq ki, sonda qaliblər layihə təşkilatçıları və Azərbaycan Gənclər Fondu tərəfindən qiymətli hədiyyələrlə təltif olunub.
Bu xəbər oxucular tərəfindən 780 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed