Şrift:
Sumqayıtın "Şəhər günü"ndə velosiped bayramı
23.09.2014 [00:03] - Gündəm, Hadisə
Sumqayıt şəhərinin 65 illiyi münasibətilə təşkil edilən tədbirlər proqramı çərçivəsində bu gün "Gənclik şəhəri"ndə Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi ilə həvəskarlar arasında veloyürüş keçirilib.
Federasiyadan verilən məlumata görə, ardıcıl 4-cü ildir baş tutan yürüşdə müxtəlif yaş qrupuna aid 150-dən artıq həvəskar velosipedçi iştirak edib.
Yürüşü izləyənlər arasında Sumqayıt şəhər İH-nin başçısı Eldar Əzizov da olub. İştirakçılar Sumqayıt küçələri ilə 10 km məsafə qət ediblər. Maraqlı mübarizə şəraitində keçən yürüşün qalibləri pul mükafatı və digər qiymətli hədiyyələrlə təltif ediliblər.
Bu xəbər oxucular tərəfindən 887 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed