Şrift:
BQXK nümayəndələri Azərbaycanda saxlanılan 3 erməni hərbi əsirə və bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər
22.12.2011 [12:03] - Gündəm
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri dekabrın 21-də Azərbaycanda saxlanılan 3 erməni hərbi əsirə və bir ailənin üzvü olan 5 mülki şəxsə baş çəkiblər.

Bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin mətbuat katibi Şəhla Qəhrəmanova məlumat verib. BQXK nümayəndələri tərəfindən Azərbaycanda saxlanılan şəxslərə 3 "Qızıl Xaç" məktubu çatdırılıb, onlardan isə 6 "Qızıl Xaç" məktubu alınıb.

Qeyd edək ki, hazırda Azərbaycanda 3 hərbi əsir və 5 mülki Ermənistan vətəndaşı var.

Ermənistan vətəndaşları olan Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar 2010-cu ilin yanvarında Azərbaycan tərəfə keçiblər.

Əsirlərdən 2-si - Ohan Arutunyan və Gevorq Tovmasyan 2009-cu ilin mayında, Karen Arutunyan isə həmin ilin iyulunda Azərbaycan tərəfə keçib. Onlar üçüncü ölkəyə göndərilmək arzularını bildiriblər.
Bu xəbər oxucular tərəfindən 914 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed