Şrift:
Böyük Britaniya Avropa Birliyindən çıxmaq istəyir!
30.09.2014 [11:17] - Siyasət
Böyük Britaniyanın baş naziri Devid Kemeron “the Telegraph” qəzetinə müsahibəsində bildirib ki, əgər o, birlik çərçivəsində rəsmi Londonun hüquqlarını genişləndirməyə nail olmasa, üzvlükdən çıxmaq barədə referendum keçirəcək.
Kemeron Avropa Birliyi ölkələrindən Britaniyaya miqrasiyanı məhdudlaşdırmaq istəyir. İndiki halda Avropa Birliyi ölkələrinin bütün vətəndaşlarının Böyük Britaniyada işləmək hüququ var.

Avrointeqrasiyanın (həmgərayi, Avropaya qaynayıb-qarışma) məhdudlaşdırılması və Avropa Birliyinin ölkənin daxili işlərinə təsirinin azaldılması barədə müntəzəm çıxışlar edən Kemeron, müsahibəsində bildirib ki, əgər bu istiqamətdə danışıqlar baş tutmasa, üzvlükdən çıxmaq barədə referendum qaçılmaz olacaq.

Qəzet yazır ki, referendum ideyası reallaşarsa, onun yalnız 2017-ci ildə baş tutması mümkün ola bilər.
Bu xəbər oxucular tərəfindən 511 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed