Şrift:
Güney Azərbaycan xəbərləri
22.12.2011 [14:10] - Gündəm
“Fars” xəbər agentliyi Azərbaycan Respublikasını “ikinci İsrail” kimi təqdim edib

İranın “Fars” xəbər agentliyi Azərbaycan Respublikasını “ikinci İsrail” kimi təqdim edib. Agentliyin rəsmi veb səhifəsində Azərbaycan Respublikası və İsrail arasında gömrük müqaviləsi imzalanması ilə bağlı yaydığı xəbərdə ölkəmizin “ikinci İsrail” olduğu yazılıb. Xəbərdə Azərbaycan Respublikasının İsrailə, yəni İrana düşmən ölkəyə hər cür yardım göstərdiyi qeyd olunub. Hətta İsrail mediasında belə Azərbaycan Respublikasının sətiraltı olaraq “ikinci İsrail” kimi təqdim olunduğu iddia edilib.
Qeyd edək ki, “Fars” xəbər agentliyi daha çox İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) xəbərlərini yayan və bu quruma bağlı olan agentlik kimi də tanınır.


Təbriz məhkəməsi azərbaycanlı fəalı azadlıqdan məhrum edib

Güney azərbaycanlı milli hərəkat fəallarından olan Allahverdi Qurbani azadlıqdan məhrum edilib. Məhkəmə prosesi dekabrın 17-də keçirilsə də, xəbər yeni yayılıb.

Azərbaycanlı fəal 2011-ci il sentyabrın 19-da Urmiya gölü ilə bağlı keçirilmiş aksiyalara qatıldığı üçün İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs olunub. Allahverdi Qurbani iki gün ETTELAAT-ın Təbriz şöbəsinin təkadamlıq kamerasında, 7 gün isə Təbriz zindanında saxlanıldıqdan sonra 10 min ABŞ dolları məbləğində zəmanətlə müvəqqəti azadlığa buraxılıb. Dekabrın 17-də azərbaycanlı fəalın işinə baxan Təbriz İnqilab Məhkəməsi onu 91 gün həbsə məhkum edib və 30 şallaq zərbəsi vurulmasına dair qərar çıxarıb.

Çin İranla əməkdaşlıq edən şirkətlərinə xəbərdarlıq edib

“İranın Çinə satdığı dəmir filizi çox keyfiyyətsizdir və İran iş adamları ticarət əməkdaşlığına məsuliyyətsiz yanaşırlar”. Bu barədə Çin Ticarət Nazirliyinin yaydığı bəyanatda bildirilib.

İrandan alınan dəmir filizlərinin keyfiyyətsiz olduğu ilə bağlı yerli şirkətlərə xəbərdarlıq edən nazirlik İranın standartlara uyğun olmayan dəmir filizlərinə və müqavilədə nəzərdə tutulan müddətdə məhsulu təhvil verməməsinə görə Çin şirkətlərinə külli miqdarda zərər dəydiyini açıqlayıb. Məsələ ilə bağlı İrana səfər edən Çin şirkətlərinin nümayəndələri bu ölkədə fiziki təhdidlə qarşılaşıblar. Hətta bir neçəsinə hücum edildiyi xəbəri də yayılıb. Bu səbəbdən Çinin Ticarət Nazirliyi yerli şirkətlərə İranla ticarət əlaqələrində ehtiyatlı olmağı tövsiyə edib.

Qeyd edək ki, neftdən sonra dəmir filizi ixracı İran dövlətinin əsas gəlir mənbələrindən biridir. Çin İrandan son iki ayda 15,7 milyon ton dəmir filizi idxal edib.


Güney Azərbaycanda internet istifadəçilərinə təzyiq olur

İran rejimi informasiya mübadiləsindən qorxusunu gizlədə bilmir. İnternet xidmətində davamlı yaradılan problemlərlə yanaşı internet istifadəçilərinədə təzyiq edilir.

Güney Azərbaycanın Qəzvin şəhərində İnternet klub sahiblərinə göstəriş verilib. Onlar, kluba daxil olmaq istəyən şəxslərdən milli kart (şəxsiyyət vəsiqəsi) tələb etməlidirlər. Bununlada milli kart təqdim etməyən vətəndaşlar internet xidmətindən istifadə edə bilməyəcəklər.

Qeyd edək ki, bundan öncədə Qəzvində internet klublarına təzyiqlər olub. 12 klub sözdə təhlükəsizlik məsələlərini riayət etməkdilklərinə görə qapadılmışdır.


İranda dolların qiyməti getdikcə artır

İranda dolların qiyməti anbaan dəyişir. Son 10 gündə 1 Amerika Birləşmiş Ştatlarının dollarının qiyməti 1345 tüməndən 1550 tümənə yüksəlib.İran mərkəzi bankı bu gün dolların qiymətini 1103 tümən elan edib. yalnız bazardakı dolların real kursu (nirx) ilə bank kursu arasında 500 tümənə yaxın fərq var.Dünən hər dollar azad bazarda 1500 tüməndən 1550 tümənə qədər alınıb və satılıb. Bazar fəalları bu gün dolların 1570 tümənə qədər qalxa biləcəyini bildirirlər.


Öyrəncilər “Çağırır vətən” bukleti ilə bağlı Bəyanat yayıblar

Azərbaycan pedaqoji universitetinin bir qrup öyrənci fəalı “Çağırır vətən” bukleti ilə bağlı Bəyanat yayıblar.Bəyanatda “Çağırır vətən” bukleti ilə əlaqədar bəzi Güney Azərbaycan təşkilatlarına bağlı xəbər orqanlarının iddiasına açıqlama gətirilib. Bildirilib ki, sözü gedən buklet heç bir təşkilat tərəfindən deyil, ancaq Azərbaycan pedaqoji universitetinin müstəqil öyrənci milli fəalları tərəfindən yazılıb və yayılıb.Öyrəncilər öz daimi şüarlarınıda təkrar olaraq elan ediblər:
“Nə sağçıyam, nə solçu – Millətçiyəm, Millətçi”


İranda üç nəfər şallaqlandı

İran rejimi əhaliyə gözdağı verməkdə davam edir. Dünən İranın Şiraz şəhərinin mərkəzində əhalinin gözü qarşısında üç nəfər şallaqlanıb.Məlumata görə, cəzalandırılan vətəndaşlar spirtli içkilər içməkdə və nikahdan kənar münasibətdə olmaqda günahlandırılırlar. Məhkumların hər birinə 74 zərbə şallaq vurulub.Onlar barəsində şallaq zərbəsindən əlavə 10 il həbs və beş il sürgün hökmü də icra olunacaq.


Pentaqon İrana hərbi zərbə endirə biləcəklərini bildirdi

ABŞ İranın nüvə silahını əldə etməsinə mane olmaq üçün bütün vacib tədbirləri görəcək.“İTAR-TASS” verdiyi məlumata görə, bunu Pentaqonun rəhbəri Leon Panetta “CBS” teleşirkətinə müsahibəsində bildirib.Panetta jurnalistin İranın nüvə silahını yaratdığı barədə məlumatların təsdiqini tapdığı təqdirdə ABŞ-ın (Amerika Birləşmiş Ştatları) Tehranın nüvə obyektlərinə zərbə vurub-vurmayacağı sualına müsbət cavab verib. Pentaqon şefinin iddiasına görə, İran nüvə silahını 1 il ərzində əldə edə bilər.Qeyd edək ki, dekabrın 12-də İsrailin müdafiə naziri Exud Barak da bəyanatla çıxış edərək İranın nüvə silahı əldə edə bilməməsi üçün “təcili, iflicə səbəb olacaq sanksiyaların (təhrim)” tətbiq edilməsini istəyib.Xatırladaq ki, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyata hazırlaşdığı barədə məlumatlar artıq xeyli müddətdir KİV-də (Ketləvi İnformasiya Vasitələri) müzakirə olunur. Bu məlumatlar MAQATE-nin İranın nüvə silahı yaratmağa yaxınlaşması ilə bağlı hesabatından sonra ortaya çıxıb.
Sənədin təqdim edilməsindən öncə Böyük Britaniya mətbuatı Londonun ABŞ-ın İrana qarşı hərbi əməliyyatına dəstək planı hazırladığını yazıb. Elə həmin Britaniya mətbuatında o da iddia olunurdu ki, İsrail İrana dekabrın 25-də zərbə endirə bilər.
O zaman Panetta hərbi əməliyyat planından çəkinməyə çağıraraq bunun gözlənilməz nəticələrə gətirib çıxara biləcəyini vurğulamışdı.
Bu xəbər oxucular tərəfindən 1148 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed