Şrift:
Əlil və şəhid ailələrinə xoş xəbər
03.10.2014 [13:06] - Sosial
Nazirlik əlil və şəhid ailələri üçün yaşayış binasının inşasına başlayıb

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi ilə əlil və şəhid ailələri üçün yeni çoxmənzilli yaşayış binasının inşasına başlanılıb.

ƏƏSMN-ə istinadla verdiyi məlumata görə, Nazirliyin sifarişi ilə Bakı şəhərinin Nizami rayonunda ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşlar və şəhid ailələri üçün 12 mərtəbəli 96 mənzilli yaşayış binasının inşasına başlanılıb.

Hazırda bu təbəqələrdən olanlar üçün Tərtər, Beyləqan və İmişli rayonlarının hər birində 6 mərtəbəli 54 mənzilli, Şamaxı rayonunda 4 mərtəbəli 36 mənzilli, gözdən əlil şəxslər üçün isə Bakı şəhərinin Nərimanov rayonunda 12 mərtəbəli 132 mənzilli yaşayış evləri inşa etdirilir.

Bu ilin ötən dövründə ƏƏSMN-nin sifarişi ilə ölkənin müxtəlif regionlarında inşa olunmuş binalarda ümumilikdə 172 mənzil əlil və şəhid ailələrinin istifadəsinə verilib.

Eyni zamanda, Azərbaycan Respublikası prezidentinin 20 iyun 2014-cü il tarixli Sərəncamına əsasən 2014-cü ilin 1 yanvarınadək mənzil növbəsinə götürülmüş Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərin və şəhid ailələrinin 2014-2018-ci illərdə mərhələli şəkildə mənzillərlə, o cümlədən kənd rayonlarında fərdi evlərlə təmin olunması həyata keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 545 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed