Şrift:
Marneulidə yeni kitabxana tikiləcək
11.10.2014 [11:36] - Borçalı
Azərbaycanlıların kompakt yaşadığı Marneuli şəhərində yeni kitabxana tiliəcək.

Marneulinin Rustaveli 71/73 küçəsində tikiləcək kitabxana üçün rayon büdcəsindən 417 000 lari vəsait ayrılıb. Tikinti üçün artıq tender də elan olunub.

Marneuli rayon icra hakimiyyətindən bildirilib ki, yeni kitabxana müasir standartlara cavab verəcək, yeni avadanlıqlar və müasir qurğularla təmin olunacaq və oxucular üçün yüksək səviyyəli şərait yaradılacaq.

Məlumata görə, kitabxananın tikintisi 2015-ci ildə başa çatacaq.
Bu xəbər oxucular tərəfindən 1143 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed