Şrift:
Gələn ilin səhiyyə xərcləri 777,7 milyon manat təşkil edəcək
14.10.2014 [13:39] - Sosial
2015-ci ildə səhiyyənin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 2014-cü illə müqayisədə 0,1 faiz-bənd artaraq 3,7 faiz olacaq.

Maliyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, səhiyyə xərcləri üçün 2015-ci ilin dövlət büdcəsində 777,7 milyon manat, 2014-cü illə müqayisədə 52,1 milyon manat və yaxud 7,2 faiz, 2013-cü ilin faktiki icra göstəricisinə nisbətən 158,7 milyon manat və ya 25,6 faiz çox vəsait ayrılıb. Dövlət vəsaitlərinin idarə edilməsində səmərəliliyin daha da artırılması və xərclərin məqsədyönlüyünün təmin edilməsi üçün 2015-ci ildən başlayaraq rayon və şəhərlərin yerli xərclərində nəzərdə tutulan dərman, sarğı ləvazimatlarının və materiallarının alınması xərci dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Səhiyyə” xərcləri bölməsində Səhiyyə Nazirliyinin xərclərində proqnozlaşdırılıb.

2015-ci ilin dövlət büdcəsində dərman, sarğı ləvazimatları və materiallarının alınması xərc maddəsi üzrə proqnozlaşdırılmış 209,3 milyon manat vəsait 2014-cü illə müqayisədə 32,4 milyon manat və ya 18,3 faiz çoxdur.
Bu xəbər oxucular tərəfindən 782 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed