Şrift:
TANAP-ın tikintisi üçün boru tədarükünü həyata keçirəcək şirkətlərin adları açıqlanıb
14.10.2014 [13:58] - İqtisadiyyat
Bu gün Türkiyənin İstanbul şəhərində Transanadolu qaz boru kəmərinin (TANAP) tikintisi üçün boruların tədarükünə dair müqavilə imzalanıb.

Türkiyə TRT telekanalı xəbər verir ki, müqavilə Türkiyənin “Noksel Çelik Boru”, “Borusan Mannesmann” və “Erciyas Çelik Boru” şirkətləri arasında imzalanıb.

Qeyd edək ki, “Borusan Mannesmann” şirkətinin də daxil olduğu konsorsium TANAP layihəsinə 420 mln. dollar həcmində polad boruları tədarük edilməsinə dair tenderin qalibi olub. “Borusan Mannesmann”ın payına 140 mln. dollar düşdüyü açıqlanıb.

Məlumata görə, TANAP layihəsində istifadə olunacaq təxminən 1,2 mln. ton polad boruların üçdə bir hissəsinin tədarükünə dair tenderi “Borusan Mannesmann”, “Noksel Çelik” və “Erciyas Çelik” konsorsiumu qazanıb. Polad boruların tədarükünün 24 ayda yekunlaşdırılması gözlənilir.
Bu xəbər oxucular tərəfindən 857 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed