Şrift:
Azərbaycanda gənc alimlərə xüsusi mükafatların verilməsi nəzərdə tutulur
15.10.2014 [11:01] - Gündəm, Gənclik, Mədəniyyət
Azərbaycanda impakt indeksli elmi jurnallarda çox sayda məqalələr çap etdirən gənc alimlərə xüsusi mükafatların verilməsi nəzərdə tutulur. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə gənc alim və mütəxəssislərin I beynəlxalq konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu məqsədlə AMEA büdcə vəsaiti hesabına müsabiqə elan etməyi planlaşdırır. AMEA-nın Rəyasət Heyəti bu yaxınlarda gənc alimlərə stimul vermək üçün mükafatları açıqlayacaq: "Biz müsabiqələr elan edirik ki, gənc alimlər üçün stimul yaransın. İmpakt indeksli elmi jurnallarda alimlərin məqalələri nə qədər çox olarsa, biz də alimlərə o qədər xüsusi mükafatalar ayırmaq niyyətindəyik".
A.Əlizadə qeyd edib ki, bu gün Azərbaycanda gənc alimlər üçün prioritet istqamətlər energetika, biotexnologiya, tibb sahəsi ola bilər.
Akademiya prezidenti hesab edir ki, bu gün gənc alimlərin imkanları çoxdur. Son 2-3 il ərzində AMEA institutlarında, elmi təşkilatlarında və digər başqa təhsil müəssisələrində sovet dövründən qalmış cihazlar yeniləri ilə əvəz edilib. Bu isə gənc alim üçün yaradılan əsas imkandır.
Bu xəbər oxucular tərəfindən 880 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed