Şrift:
Təhsil Nazirliyi Bakıda çalışan müəllimlərin əmək haqqı sisteminin tətbiqi ilə bağlı Nazirlər Kabinetinə təklif verəcək
16.10.2014 [14:32] - Sosial
Təhsil Nazirliyi Bakının orta məktəblərində çalışan müəllimlər üçün differensial əmək haqqı sisteminin tətbiqi ilə bağlı Nazirlər Kabinetinə təklif verəcək.

Təhsil naziri Mikayıl Cabbarov bəzi təhsil işçilərinin mükafatlandırılması məqsədilə keçirilən tədbirdə bildirib ki, paytaxtın demək olar ki, bütün orta məktəb müəllimləri sınaq qiymətləndirmədə iştirak edib. Onun sözlərinə görə, əmək haqqı sisteminin tətbiqi ilə bağlı müraciət sınaq qiymətləndirmədən sonrakı proseslərdən - attestasiyadan, dərs yükünün daha optimal paylanmasından sonrakı mərhələdir: “Növbəti həftələr ərzində yeni təklif Nazirlər Kabinetinə təqdim ediləcək. Bu məsələyə Təhsil Nazirliyinin mütəxəssislərindən əlavə, Maliyyə Nazirliyinin mütəxəssisləri çox böyük töhfə verib. Hazırda son hazırlıq işləri aparılır”.
Bu xəbər oxucular tərəfindən 799 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed