Şrift:
İran Ebola virusu ilə mübarizə üçün xüsusi tədbirlər görür
17.10.2014 [14:40] - Güney Azərbaycan xəbərləri, Sağlıq
İran Ebola virusu ilə mübarizə məqsədilə xüsusi tədbirlər hazırlayıb. İSNA-nın verdiyi xəbərə görə, bunu İran Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklər İdarəsinin rəis müavini Mahmud Nəbəvi deyib.
Onun sözlərinə görə, ölkənin iki böyük hava limanında Afrika və Ebola virusunun aşkar olunduğu digər ölkələrin vətəndaşlarını müayinə etmək məqsədilə xüsusi təyinatlı tibb mərkəzləri fəaliyyətə başlayıb.
M.Nəbəvi deyib ki, bütün sərhəd-keçid məntəqələrində ölkəyə gələn vətəndaşlara təlimatlar verilir və müayinə olunur.
Məlum olduğu kimi, Ebola virusu Qərbi Afrikada - Liberiya, Syerra-Lion, Qvineya, Nigeriya, Konqo və Seneqalda sürətlə yayılır. Yoluxma halları artıq ABŞ, İspaniya, Norveç, Avstraliya və digər ölkələrdə qeydə alınıb. Son məlumatlara görə, Ebola virusuna 8914 nəfər yoluxub, onlardan 4447-si ölüb.
Bu xəbər oxucular tərəfindən 588 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed