Şrift:
Rusiya gəmilərinin nümayəndə heyəti Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib
18.10.2014 [12:20] - Gündəm, Dərbənd
Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Dağıstan" böyük raket gözətçi və "Qrad Sviyajsk" kiçik raket gözətçi gəmilərinin Bakıya rəsmi səfəri davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 17-də gəmilərin nümayəndə heyəti əvvəlcə Fəxri Xiyabanda Heydər Əliyevin və Zərifə xanım Əliyevanın, sonra isə Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək əklillər və gül dəstələri qoyublar.

Sonra qonaqlar Dövlət Bayrağı Meydanı Kompleksindəki muzeyə gedib və oradakı eksponatlarla tanış olublar.

Proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə gəmi heyətinin şəhərə gəzintisi təşkil olunub.

Günün sonunda futbol üzrə yoldaşlıq görüşü keçirilib.

Səfər oktyabrın 19-dək davam edəcək.
Bu xəbər oxucular tərəfindən 1438 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed