Şrift:
Qulamrza Səbri Təbrizinin BƏYANATI
23.12.2011 [18:51] - Gündəm
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin başqanı, Türk Xalqlarının Ümumdünya Assambleyasının fəxri sədri professor
Qulamrza Səbri Təbrizinin
BƏYANATI


22 dekabr 2011-ci il tarixdə Fransa parlamenti Türk Dünyasına qarşı bir daha haqsızlıq edərək uydurma “erməni soyqırımı”nı tanımaqla bərabər, yeni qanunlar qəbul etmişdir. Fransa parlamentinin 577 nəfərlik millət vəkilindən həmin tarixdə 41 nəfər iştirak etmiş və 30 nəfər deputat isə saxta və uydurma “erməni soyqırımı” ilə bağlı qərar qəbul etmişdir. Müasir dünyada Avropanın aparıcı dövlətləri insan haqları və demokratiya yolunda digər xalqlar üçün əsas örnəyə çevrilmişdir. Heç də sirr deyil ki, fransız xalqının görkəmli maarif xadimləri, sosioloqoları, politoloqları, filosofları nəinki Fransa dövlətinin, bütün dünyada demokratik təfəkkürün inkişaf etməsində müstəsna rol oynamışlar. Bəşəriyyətin insan hüquq və azadlıqları uğrunda böyük inkişaf yolu mərkəzlərindən biri də məhz Fransa və fransız xalqıdır. İndi Fransa dövlətini və fransız xalqını bu tərəqqipərvər, ali ideyalardan uzaqlaşdırmaq üçün burada yaşayan ermənilər və onlara dəstək verən lobbi qrupları məhz bu bəşəri dəyərlərə ümumdünya miqyasında kölgə salmaq üçün tarixdə olmayan böhtanları Türk Dünyasına qarşı yönəltmək üçün addım atırlar.
22 dekabrda Fransa parlamentində qəbul edilən “erməni soyqırımı” tarixinin uydurma olması dünyanın şöhrətli tarix alimləri tərəfindən çoxdan sübut edilmişdir. Erik Fayql (Avstriya), Con Markkartin, Brüs Feyn, Ceyms Cerrard (ABŞ), Samuel Uilms (İngiltərə), Jorj de Malevil (Fransa), Quram Marxuliya, Feliks Tsertsivadze (Gürcüstan), Arkadiy Yarovoy, Yevgeniy Boqat (Rusiya) və eləcə də dünyanın bir sıra ölkələrində digər alimlər çoxdan erməni yalanlarını, saxta soyqırım “həqiqət”lərini sübut ediblər. Bu gün Fransa parlamentinin uydurma və saxta “erməni soyqırımı” ilə bağlı çıxardığı qərarın özü insan hüquq və azadlıqlarının kobudcasına pozulması deməkdir. Fransa parlamenti bildirir ki: “erməni soyqırımını tanımayan vətəndaşlar ya 40 min avro dəyərində cərimə ödəməlidirlər, ya da onları həbs cəzası gösləyir”. Belə çıxır ki, olmayan həqiqətləri sayəsində Fransa dövləti antibəşəri və antiinsani siyasətlərə üz tutubdur. Bu gün dünyanın siyasi mənzərəsində “frankomaniya” strategiyasının hədəfləri üzərində köklənmiş, hələ də Fransa dövlətinin müstəmləkəsi olaraq qalmaqda davam edən dövlətlərdə aparteid strategiyası özü bir antibəşəri addımlar hesab olunmalıdır. San Pyer, Haiti, Martinika, Qvadelupa, Qvineya, Əlcəzair, Tunis, Mərakeş, Mavritaniya, Seneqal, Sudan, Fil Dişi Sahili, Nigeriya, Burkina Faso, Toqo, Benin, Qabon, Konqo, Ubanqi-Şari, Kamerun, Madaqaskar, Çad, Yeni Kaledoniyas, Polineziya, Vanutau tipli ölkələrdə və digər coğrafi məkanlarda Fransa dövlətinin müstəmləkə siyasətinin nəticəsi olaraq son 200 ildə on milyonlarla günahsız insanlar, xalqlar soyqırımlara məruz qalmışlar. Bu gün “erməni soyqırımı” deyə hay-küy salan Fransa 19-cu əsrin sonu və 20-ci əsrin başlanğıcında indiki Türkiyə, Quzey Azərbaycanın İrəvan, Borçalı, Zəngəzur, Naxçıvan, Qarabağ, Şamaxı, Salyan, Quba, Bakı əyalətlərində, Güney Azərbaycanın Urmu, Xoy, Mərənd, Sulduz, Maku, Qoşaçay əyalətlərində, Gürcüstanın Axısqa və Pəmbək əyalətlərində yaşayan xalqların etnik və dini kimliklərinə baxmayaraq, onların soyqırım olunmasında ermənilərə mümkün olan bütün vasitələrlə yardım etmişdir. Soyqırıma məruz qalan, yurd-yuvasından məhrum olan Anadolu Türkləri, Güney Azərbaycan Türkləri, Kürd, Gürcü xalqları olmuşlar. Bütün bunlar tarixin acı həqiqətləridir.
Fransa parlamentinin yenidən tarixin bu acı həqiqətlərini pərdələmək üçün atdığı addımlar bu gün xalqlararası, dinlərarası, mədəniyyətlərarası dialoqlara qarşı saplanmış bir antihumanist addımdir. Bu gün beynəlxalq birlik dünyada baş verən yeni və modernləşmə siyasətinin tərkibi kimi müharibələri, xalqlararası ədavətləri durdurmaq üçün hərəkətə keçdiyi bir məqamda Fransa parlalamentinin belə bir addımı atması heç də başa düşülən deyil. Türk Xalqlarının Ümumdünya Assambleyasını və Güney Azərbaycan Milli İstiqlal Cəbhəsi (GAMAC) təşkilatını təmsil edən bir alim və ağsaqqal olaraq Fransa parlamentinin uydurma və saxta “erməni soyqırımı” ilə qəbul etdiyi qərara öz etirazımı bildirməklə yanaşı, bəyan edirəm ki, Fransa dövlətinin və onun parlamentinin belə bir addım atması Türkiyə və Azərbaycan Respublikasında, Cənubi Qafqazda sülh istəyən beynəlxalq birliyin bütün təşəbbüslərinə kölgə salmaqla yanaşı, həm də proseslərin inkişafının qarşısının alınmasına xidmət edir. Bu gün Fransa bir dövlət olaraq ATƏT-in Mİnsk Qrupunun həmsədri kimi Dağlıq Qarabağ probleminin həllində heç bir ədalətli addım atmayacağını da bu qərarla bir daha təsdiq etmişdir.
Bəşəriyyətə Viktor Hüqo, Aleksandr Düma, Anatol Frans, Ann Holon, Jan-Pol Marat, Jan Kokto, Jül Vern, Lüi Jan Lümer, Pyer Bomarşe, Frederik Şopen, Emil Zolya, Şarl de Qoll və digər çoxlu dahilər vermiş bir xalqın və dövlətin bu gün antihumanist və antibəşəri addım atması tək bizi deyil, bütün Azərbaycan Türklərini və eləcə də Türk Dünyasını hiddətləndirmişdir. Biz Fransa dövlətinin dünyada baş verən inkişafı nəzərə alaraq bu humanist addımlardan geri çəkilməsini, heç bir elmi, ictimai və siyasi əhəmiyyəti olmayan bu növ qərarlarına son verməsini istəyirik. Hal-hazırda totalitar dövlət siyasəti aparan İran hakimiyyəti Fransanın və ya hər hansı bir aparıcı dövlətin belə antibəşəri qərarlar qəbul etməsi nəticəsində regionda demokratik proseslərin, xalqların milli hüquqlarının daha kəskin şəkildə tapdalanmasına xidmət edəcəkdir.
Biz Fransanın nüfuzlu ziyalılarına və alimlərinə müraciət edirik. Ölkənizdə vətəndaşların səsini qazanmış bir qrup deputatın öz şəxsi mənafelərindən sui istifadə edərək dövlətin və fransız xalqının nüfuzuna xələl gətirmələri arzu edilən hal deyil. Fransa tarix boyu özünün görkəmli ziyalıları, dühaları ilə dünyada sevilmişdir. Çünki, bu dühalar təkcə fransız xalqının deyil, bəşəriyyətin vicdan səsi olmuşlar.
Biz Türkiyə, Azərbaycan, Qazaxstan, Özbəkistan, Türkmənistan, Qırğızstan, Şimali Türk cümhuriyətlərinə müraciət edirik: Fransa parlamentinin bu antihumanist və antibəşəri qərarını rəsmi şəkildə qınamaqla yanaşı, həm də öz nüfunuzdan istifadə edərək uydurma və saxta “erməni soyqırımı” tarixini sübut edən əsərlərlə beynəlxalq səviyyədə hərəkətə keçməyinizi istərdik. Güney Azərbaycan Milli İstiqlal Cəbhəsi və Türk Xalqlarının Ümumdünya Assambleyası adından bütün Türk Dünyasına müraciət edərək Fransanın uydurma “erməni soyqırımı”nı ləğv etməsinə qarşı birgə mübarizə aparmağa dəvət edirəm.


Edinburq Universitetinin professoru,
Qulamrza Səbri Təbrizi,

London, 23 dekabr 2011-ci il.
Bu xəbər oxucular tərəfindən 1444 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed