Şrift:
Krımdan Ermənistana uçuş başlayır
23.10.2014 [12:44] - Xəbərlər, Gündəm
Rusiyanın “Qroznı Avia” şirkəti noyabrın 16-dan Simferopol-Yerevan marşrutu üzrə uçuş həyata keçirəcək. “Media forum” saytının məlumatına görə, Rusiyanın işğalla Ukraynadan qopardığı Krım vilayətinin “nəqliyyat naziri” Anatoli Surkin oktyabrın 23-də belə açıqlama verib.

Surkin bildirib ki, Simferopol-Yerevan reysi Krım Rusiyaya birləşdirildikdən sonra açılan ikinci beynəlxalq aviamarşrut olacaq. Bu ilin iyul ayından Simferopol-İstanbul reysi həyata keçirilir.

Oktyabrın 23-dən bilet satışına başlandığını bildirən Surkin Yerevana uçuşun həftədə bir dəfə - bazar günləri baş tutacağını vurğulayıb.

Bu ilin fevral-mart aylarında Rusiya Ukraynanın Krım yarımadasını hərbi qüvvə ilə işğal edərək özünə birləşdirib. Ukraynanın aviasiya şirkətləri mart ayından Krıma uçuşları dayandırıb.
Bu xəbər oxucular tərəfindən 677 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed