Şrift:
Bakı Uşaq Teatrı Festivaldan qayıtdı.
27.10.2014 [11:37] - Güney Azərbaycan xəbərləri, Gənclik, Mədəniyyət
İran İslam Respublikasının Mərivan şəhərində 17- 22 oktyabr 2014 –cü il tarixlərində keçirilən “IX Beynəlxalq Meydan Tamaşaları Festivalı” ında Bakı Uşaq Teatrı uğurla çıxış etmişdir.

Böyük coşqu ilə keçirilən festivalda 4 ölkə qonaq qismində iştirak edib – Azərbaycan, Niderland, İraq və Ermənistan.

Festival boyu ümumilikdə 35 meydan tamaşası nümayiş olunub. Bakı Uşaq Teatrı festivalda “Fokus mokus” meydan tamaşası ilə çıxış edib.Tamaşada toplaşan adamları görən 2 kloun onlarla əylənmək qərarına gəlir. Özlərini illiuzionist kimi qələmə verirlər. Tamaşaçılardan birinin telefonunu alıb onunla fokus göstərməyə çalışırlar. Nəhayət özləri bu işi yaxşı bilmədikləri qərarına gəlib səhnəyə peşəkar illiuziyaçını çağırırlar. Və ona kömək eləmək qərarına gəlirlər. Sonda hər işin öz sahibi olduğu qənaətinə gəlirlər.

Tamaşa çox yaxşı qarşılanmış və teatr bir neçə festivala dəvət almışdır.
Bu xəbər oxucular tərəfindən 794 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed