Şrift:
İran rəsmisi: Sanksiyaların mərhələli ləğvi qəbuledilməzdir
29.10.2014 [12:58] - Güney Azərbaycan xəbərləri
İranın Qərblə nüvə danışıqları aparan nümayəndə heyətinin üzvü Məcid Təxt Rəvançi oktyabrın 28-də dövlət televiziyasına müsahibəsində nüvə müzakirələrindən və ölkəyə qoyulan sanksiyaların ləğvindən danışıb.

Məcid Təxt Rəvançi deyib ki, İran ölkəyə qoyulan sanksiyaların hissə-hissə ləğv olunması məsələsini qəbul etmir: “Sanksiyaların mərhələli şəkildə ləğvi İran İslam Respublikası üçün qəbuledilməzdir. Hesab edirik ki, ölkəyə qoyulmuş sanksiyaların hamısı bir yerdə və biryolluq ləğv olunmalıdır.

İran nüvə danışıqlarının vaxtının uzadılmasına meylli deyil. Biz çalışırıq ki, danışıqlar təyin edilmiş vaxtda, yəni noyabrın 24-dək istənilən nəticəni versin”.
Bu xəbər oxucular tərəfindən 636 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed