Şrift:
Güney Azərbaycanda maaşlarını ala bilməyən işçilər etiraz aksiyası keçirib
31.10.2014 [11:50] - Güney Azərbaycan xəbərləri
İran İslam Respublikasında iqtisadi durumun ağır olması, bütün şəhərlərdə xüsusi ilə mərkəzdən uzaq və qeyri-fars millətlərin yaşadığı məntəqələrdə özünü açıq-aşkar göstərir.
2 aylıq maaşını ala bilməyən Təbriz maşınqayırma zavodunun təqribən 200 işçisi keçən günlərdə etiraz aksiyası keçirərək ödənməmiş maaşlarını tələb ediblər.
200 işçi öncə zavod önündə, daha sonra isə yaxınlıqdakı küçəyə toplaşıblar.
Aksiya iştirakçıları gecikdirilən maaşları, sığorta haqları və digər hüquqlarını tələb edirlər.
Təbrizin yerli məsulları etirazların genişlənməməsi üçün işçilərin yanına gedib onların tələblərini dinləyiblər. Məsullar işçilərə tələblərinin nəzərdən keçiriləcəyinə söz veriblər.
Üç gün öncə isə quşçuluq fabriklərinin sahibləri Sulduz şəhərində etiraz aksiyası keçiriblər. 70 quşçuluq fabrikinin sahibləri Suzduz İcra Hakimiyyətinin qarşısına toplaşaraq istehsalçı hüquqlarının kobud şəkildə pozulması, diri toyuğun qiyməti və ondan dolayı istehsalın az olmasına etiraz ediblər.
Həmçinin Urmiyənin Rajan səddində çalışan işçilər də maaşlarını ala bilmədikllərinə görə etiraz ediblər. 16 işçi uzun müddətdir maaş ala bilmədiklərinə görə 6 gündür işə çıxmır.
Bu xəbər oxucular tərəfindən 745 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed