Şrift:
BMT-nin büdcəsi ixtisar edilib
26.12.2011 [12:02] - Gündəm
Birləşmiş Millətlər Təşkilatı son 50 ildə ilk dəfə olaraq öz büdcəsini ixtisar edib. Təşkilatda təmsil olunan 193 dövlət qurumun 2012-2013-cü illər üçün büdcəsini 5,15 milyard dollar miqdarında təsdiqləyib.

2010-2011-ci illər ərzində BMT-nin büdcəsi 5,41 milyard dollar təşkil edib. BMT-nin baş katibi Ban Ki Mun “daha az vəsaitlə daha çox işin görülə biləcəyinə” ümid etdiyini söyləyib. BMT rəhbəri büdcənin ixtisarını maliyyə qənaətinə zərurətlə izah edib. Büdcənin ixtisarı təşəbbüsü ABŞ-a aid olub.

Qeyd edək ki, BMT büdcəsi iki ildən bir üzv dövlətlərin üzvlük haqqı hesabına formalaşır. BMT-nin əsas donorları ABŞ və Avropa dövlətləridir.
Bu xəbər oxucular tərəfindən 869 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed