Şrift:
Türkiyə "kömür lənəti"nə gəlib: mədəndə növbəti uçqun
01.11.2014 [14:13] - Gündəm, Hadisə
Türkiyənin şimal-qərbində yerləşən Bartın vilayətindəki kömür mədənində uçqun baş verib.
"Anadolu" agentliyinin verdiyi məlumata görə, dağıntılar altında 3 Çin vətəndaşı qalıb. Onlar mədəndə müqavilə üzrə işləyirlərmiş.
Qeyd edək ki, bu, Türkiyədə son 10 gündə mədənlərdə baş vermiş üçüncü hadisədir.
Oktyabrın 28-də ölkənin Karaman vilayətindəki kömür mədənində də uçqun baş vermişdi. Dağıntılar altında qalan 18 nəfəri hələ də xilas etmək mümkün olmayıb.
Bu xəbər oxucular tərəfindən 710 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed