Şrift:
Azərbaycan ərazisində yağmursuz hava proqnozlaşdırılır
26.12.2011 [12:03] - Gündəm
Bakı və Abşeron yarımadasında dekabrın 26-da buludlu hava şəraiti üstünlük təşkil edəcək, yarımadanın bəzi yerlərində çiskinli olacaq, şimal küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin verdiyi məlumata görə, havanın temperaturu gündüz 6-9 dərəcə, axşam 4-6 dərəcə isti olacaq.

Dekabrın 27-də havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 2-5 dərəcə, gündüz 7-11 dərəcə isti olacaq.

Dekabrın 28-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq.
Cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyinə keçəcək. Havanın temperaturu gecə 3-5 dərəcə, gündüz 7-11 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 27-də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lənkəran-Astara zonasında az yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq.

Dekabrın 28-də havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 0-5 dərəcə, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bu xəbər oxucular tərəfindən 830 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed