Şrift:
Beynəlxalq Əfv Təşkilatı insan haqlarını riayət etmək üçün İrana təzyiqləri artırmağa çağırıb
03.11.2014 [11:49] - Güney Azərbaycan xəbərləri, Hüquq
CenevrədəBirləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Şurasının İclası keçirildiyi bir vaxtda Beynəlxalq Əfv Təşkilatı İrana öhdəliklərini yerinə yetirmək üçün təzyiqləri artırmağa çağırıb.
BMT-nin İnsan Haqları Şurası 5-ci gün İranın insan haqları sahəsində əməlləri və 2010-cu ildə götürdüyü öhdəlikləri necə riayət etdiyinə dair iclas keçirib.

Beynəlxalq Əfv Təşkilatı deyir ki, İran öz öhdəliklərinə əməl etməyib və bu Şuranın üzvlərindən istəyib ki, iclasdan bir fürsət kimi istifadə edib və İran məsullarından insan haqlarını riayət etməklə bağlı ciddi və əməli vədlər alsınlar.

Qeyd edək ki, bu zəmində BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) İranda insan hüquqları üzrə xüsusi nümayəndəsi Əhməd Şəhid, oktyabrın (october) 29-da yeni hesabat yayıb. Hesabatda bildirilir ki, “İranda edamların sayı artır, qadınlara təzyiq və zorakılıqlar davam etdirilir: “Bu ilin ilk 6 ayında İranda 400 nəfərdən çox insan edam edilib. Onlardan 8 nəfəri 18 yaşına çatmayan yeniyetmələr olub. İranın yeni hökumət rəsmilərinin rəftarı əvvəlki hökumət rəsmilərinin davranışından fərqli olsa da, təəssüflər olsun ki, prezident Həsən Ruhani insan hüquqları ilə bağlı vəziyyətin yaxşılaşdırılması istiqamətində ciddi addımlar ata bilməyib. Son məlumatlar göstərir ki, İranda insan hüquqları ilə bağlı durum daha da pisləşib.”
Bu xəbər oxucular tərəfindən 1003 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed