Şrift:
Bakıda 30 minə yaxın erməni yaşayır
27.09.2011 [19:27] - Xəbərlər
Polad Bülbüloğlu: “Bu gün Bakıda 30 minə yaxın erməni yaşayır, demək ki, bir yerdə yaşamaq mümkündür”

“Ziyalıların Dağlıq Qarabağa səfər etməsi asan məsələ deyil. Son zamanlar bəzi çıxışlarla bağlı vəziyyət yenidən gərginləşib”. Bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu jurnalistlərə açıqlamasında deyib.

“Ermənistan qonşudur, Ermənistanda xalq da, millət də var. Onların arasında ziyalılar da var. Təbii ki, bu konflikt nə vaxtsa qurtaracaq və biz bir yerdə yaşamalı olacağıq. Bu gün də Bakıda 30 minə yaxın erməni yaşayır. Demək ki, bir yerdə yaşamaq mümkündür”.

P. Bülbüloğlu qeyd edib ki, Azərbaycan tərəfi münaqişənin sülh yolu ilə həll olunması üçün əlindən gələni edir: “Bunu qarşı tərəfə də izah etmək lazımdır. Yaradıcı insanlarla, ziyalılarla görüşüb bizim mövqeyimizi izah etmək lazımdır. Ona görə də bu görüşlər təşkil olunur. Ermənistanda olarkən çalışırıq ki, Azərbaycanın bu fikrini erməni ictimaiyyətinə çatdıraq”.

Səfir yaxın zamanlarda Ermənistana belə səfərin planlaşdırılmadığını deyib.
Bu xəbər oxucular tərəfindən 1094 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed