Şrift:
Bakı Uşaq Teatırının bayram hədiyyəsi
08.11.2014 [07:03] - Gündəm, Gənclik, Afişa
Ölkəmiz öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün, bizim hər birimiz üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Bakı Uşaq Teatrı da bu dəyərləri daim yaşadır. 9 noyabr “Bayraq Günü” münasibətilə Bakı Uşaq Teatrı Dövlət Bayraq İdarəsi ilə birlikdə Q. Abbasov adına mədəniyyət sarayında tədbir təşkil etmişdir. Tədbirdə Bakı Uşaq Teatrının repertuarından “Vətən” tamaşası nümayiş olundu.Tamaşa dövlət Himnimizə və Dövlət bayrağımıza həsr olunub. İdeya İntiqam-Soltana, quruluş İntiqam-Soltan və Ayşad Məmmədova, bəstə Üzeyir bəy Hacıbəyliyə məxsusdur. Rolları ifa edirlər: Rauf Hüseynli, Niyaz Qasımov, Cavanşir Məhərrəmov.
Tədbirdə Bakı Şəhər Təhsil idarəsinin işçiləri iştirak etmişdir. 7 noyabrda isə “Vətən” tamaşası Nəsimi Rayon İcra hakimiyyətində nümayiş olundu.
Bu xəbər oxucular tərəfindən 923 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed