Şrift:
Qvineya-Bisauda dövlət çevrilişi cəhdinin qarşısı alınıb
27.12.2011 [09:21] - Gündəm
Afrikanın qərbindəki Qvineya-Bisau dövlətində dövlət çevrilişi cəhdinin qarşısı alınıb. Bu barədə Qvineya-Bisau ordusunun baş komandanı general Antonio İncay məlumat verib.

«Hərbçilərdən ibarət kiçik bir qrup ordu və hökumət rəhbərliyini dəyişmək istəyirdi. Hazırda vəziyyət nəzarət altındadır», deyə İncay bəyan edib.

Ordunun nümayəndəsi Samuel Fernandeş cəhddə ittiham olunan bir sıra zabitlərin həbs olunduğunu bildirib. Onların arasında HDQ komandanı admiral Joze Ameriqo Bubo Na Çuto da var. Fernandeşin sözlərinə görə, admiral cəhdin beyin mərkəzi hesab olunur.

Ölkənin prezidenti Malama Batsai Sanha Fransada xəstəxanada süni koma vəziyyətindədir.

Xatırladaq ki, Qvineya-Bisaunun demokratik yolla seçilmiş ilk prezidenti Juan Bernard Vieyra 2009-cu ildə qətlə yetirilib. Hadisədən sonra hərbçilər ölkədə çevrilişə cəhd ediblər. Malama Batsai Sanha ölkənin demokratik yolla seçilmiş ikinci prezidentidir.
Bu xəbər oxucular tərəfindən 988 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed