Şrift:
Ermənistanın ögey balaları
12.11.2014 [11:52] - Gündəm, Sosial, Qərbi Azərbaycan-İrəvan
Bahara sağ çıxmaq istəyən ermınilərdən kəskin addım
Sabah vəziyyət dünənkindən pis olacaq. Aparılan sorğu göstərir ki, Ermənistan sakinlərinin əksəriyyəti belə düşünür. Və onlar artıq əsil analığa çevrilmiş vətənlərini tərk etməyə tələsirlər.

Ermənistan hökuməti yanında Baş Mülki Aviasiya İdarəsinin məlumatına görə, 10 ay ərzində ölkə 40 min vətəndaş itirib. Bu barədə İrəvanda nəşr olunan "Joxovurd" qəzeti yazır. Keçən il Ermənistanı hava yolu ilə tərk edənlərin 29 mini geri qaytmayıb. Yəni ölkəni tərk edən miqrantların artımı 30% təşkil edib. Həm də nəşr yazır ki, mühacirət edənlərin çoxu ölkəni avia nəqliyyatla tərk edirlər, çünki belə daha ucuz başa gəlir.

Dünyanın ən yoxsul on ölkəsi siyahısına düşmüş Ermənistan iqtisadi uçurumun astanasındadır. Bu qiymətləndirmə Beynəlxalq Valyuta Fondunun ekspertləri tərəfindən verilib. Elə bu məqamda ölkə hökuməti sakinlərə qəribə Yeni il hədiyyəsi göndərib. Qazın qiyməti 30% artıb. Rəsmi İrəvan deiyr ki, "mavi yanacağın" qiymətini Rusiya "Qazprom"u qaldırıb.

Yəni indi ermənilərin çoxsaylı problemlərinin üzərinə bir problem də gəlib. Ailəni dolandırmaq üçün iş tapmaq, pul qazanmaqla yanaşı evi də qızdırmaq lazımdır, özü də yanacaq çoxdan ucuz deyil. Bütün bunlar bir yerdə Ermənistan əhalisini ölkəni tərk etməyə, yaxşı həyat sorağına düşməyə məcbur edir.

Hakimiyyətdəkilər isə tamamilə başqa işlərlə məşğuldurlar. Onlar müxalifətlə anlaşma əldə etməyə çalışırlar və hətta parlamentdəki üç müxalifət partiyasının irəli sürdüyü 12 tələbə baxmağı da vəd edirlər. Prezident Serj Sarkisyan hətta bununla bağlı hökumətə xüsusi tapşırıq verib.

Hakimiyyəti idarə edən insanlar üçün əsas məsələ, nəyin bahasına olursa olsun, hakimiyyəti əldə saxlamaqdır. Xalq isə bir təhər qışdan yaza çıxacaq, istər yanacaq bahalaşsın, istərsə də ərzaq.
Bu xəbər oxucular tərəfindən 968 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed