Şrift:
Filippində qasırğa qurbanlarının sayı 1,5 min nəfərə çatıb
27.12.2011 [09:27] - Köşə yazarları
Filippinin məruz qaldığı «Vaşi» qasırğasının qurbanlarının sayı 1,5 min nəfərə çatıb. Bu barədə ölkənin Mülki müdafiə idarəsinin rəhbəri Benito Ramos məlumat verib. Daha öncə 1,236 nəfər qurban barədə məlumat verilmişdi.

Dekabrın 17-nə keçən gecə Filippin arxipelaqının cənubundakı Mindanao adasına tropik qasırğanın hücumuna məruz qalıb. Qasırğanın ardınca adını sellər və daşqınlar bürüyüb.

Ramosun sözlərinə görə, 1,342 nəfərin cəsədi Kaqayan-de-Oro və İliqan şəhərlərində tapılıb.

Təbii fəlakət nəticəsində 108 mindən artıq insan evini tərk edib.
Bu xəbər oxucular tərəfindən 449 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed