Şrift:
Ömrü və gözəlliyi uzadan məhsul
12.11.2014 [12:01] - Sağlıq
Xərçəng, sarılıq, beyin yaşlanmasından qorunmaq üçün bundan istifadə edin
Müəllif
Kəmalə MəmmədovaBaxılıb
761Kateqoriya
Sağlamlıq Zeytunyağı tərkibinə görə möcüzə məhsullardan biridir. Qida yağları içərisində ən faydalı yağlardandır. Zeytun yağı bizə lazım olan polidoymamış (omeqa-6) yağ turşuları verir, beləliklə biz doymuş yağ turşularını yeməyə məcbur olmuruq. Zeytun yağı, öd problemləri, qaraciyər və sarılıq xəstəliklərinə qarşı effektlidir.
Zeytun yağının hamının bilmədiyi faydalarını təqdim edirik.

Zeytun yağı E, A, D və K vitamini ilə zəngindir.
Tərkibindəki oleiprin adlı maddə sayəsində xərçəngə qarşı mübarizə aparır, hüceyrələri qoruyur.
Yaşlanmanın həm orqanlar, həm də beyin üzərində təsirini gecikdirir.
Ürək-damar xəstəlikləri riskini azaldır.

Pəhriz edən insanlar mütləq bu yağdan istifadə etməlidilər.
Hamilələrə zeytun yağından istifadə etmək məsləhətdir. Çünki tərkibindəki yağ asitləri sayəsində dölün sinir və hüceyrə yaranmasında müsbət təsir edir. Gündə iki qaşıq yağ içmək tövsiyyə edilir.
Zeytun yağı ilə qarqara dişlərin ağ qalmasına kömək edir.
Zeytun yağı mədə şirəsini azaldır, qastrid kimi xəstəliklərdən qoruyur.

Öd kisəsində daş yaranması riskini azaldır, həzmi asanlaşdırır.
İnkişaf dövründə olan uşaqların sümük inkişafına kömək edir.
Ən rahat həzm edilən yağdır.
Zeytun yağından məlhəm olaraq da istifadə etmək olar. Ağrı və yanma hissini azaldır.

Damarların kirəçlənməsinin qarşısını alır.
Bu möcüzəli yağdan həm də kosmetika sahəsində də geniş istifadə edilirş. Dəriyə parlaqlıq verir, saç tökülməsinin qarşısını alır.

Yağı xaricdən istifadə etməklə də ondan maksimum yaralanmaq mümkündür.
Dəri və saça inanılmaz gözəllik qatır. Quru dərini canlandırır, qırışları azaldır, dərini yumşaldır, elastikliyi artırır.
Yorğun ayaqlara sürtəndə onları rahatlaşdırır, canlandırır. Çatlaq vəquru ayaqların müalicəsində əvəzsizdir.
Zeytun yağı təraş ediləcək bölgəyi yumşaldır.
Quruyub çatlamış dodaq üçün məlhəmdir.
Saçı parladır.
Dırnaqları gözəlləşdirir.
Doğuşdan sonrakı çatları azaldır.
Süd verən analr üçün yaxşı özünə qulluq vasitəsidir.

Dərini canlandırmaq üçün ovcunuza bir necə damla zeytun yaı tökün və hər iki ovcunuzla boyun nayihəsini, üzünüzü masaj edin. Dəri yağı 15 dəqiqə ərzində tamamilə sovuracaq. Bunu çox günəşli və quru havalarda gün ərzində 1-2 dəfə edə bilərsiniz. Nəticədə dərinin necə canlandığını gözlə açıq-aydın görəcəksiz.

Makiyajı təmizləmək üçün bir pambıq diskə bir necə damla yağ tökün və üzünüzü silin. Bu göz makiyajını rahatlıqla silib təmizləməyə kömək olacaq. Zeytun yağı kosmetik vasitə kimi dərini qurutmur, əksinə nəmləndirir və qidalandırır.

Dəri hüceyrələri sürətlə yenilənir. Ölü hüceyrələr isə ən üst təbəqədə toplanır. Bu təbədə müntəzəm olaraq təmizlənərsə dəri uzun müddət gözəl görünəcək. Zeytun yağı ilə ziyansız pilinq etməklə gözəl dəri əldə edə bilərsiniz.
Öncə üzünüzü ilıq su ilə yuyun. Sonra zeytun yağı sürtün və 3-4 çay qaşığı tünd şəkərdən istifadə etməklə barmaqlarınızla masaj edin.
Yağ şəkərin daha rahat hərəkətini təmin edəcək. 10 dəqiqəlik pilinqdən sonra üzünüzü əvəll ilıq, sonra soyuq su ilə yenidən yuyun.
Bu xəbər oxucular tərəfindən 631 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed