Şrift:
“Nezavisimaya qazeta”: “Türkiyənin regionda və ondan kənarda nüfuzu artır”
27.12.2011 [13:17] - Köşə yazarları
“Türkiyənin regionda və ondan kənarda rolu artır”. Bu barədə Rusiyanın “Nezavisimaya qazeta” nəşrində işıq üzü görmüş məqalədə deyilir.

“Türkiyə daha çox postsovet məkanında fəaldır. Xüsəsən də türkdilli ölkələrdə. Burada iqtisadi mövqelərinin güclənməsi ilə yanaşı, türk mədəni təsiri də möhkəmlənir, Ankara tərəfindən nəzarət olunan məktəblər yaranıb, Türkiyə ali məktəblərinə üz tutan bu məktəb məzunlarının sayı artıb. Bu il ilk dəfə olaraq türkdilli ölkələrin sammiti keçirilib”, - deyə qəzet yazır.

Yazıda bildirilir ki, son zamanlar Türkiyənin İsrail, Fransa və Suriya ilə sərt tonu Ankaranın “yüksələn səsinin” göstəricisidir: “Moskvanın Ankara ilə gözəl iqtisadi əlaqələri olsa da, nəzərə alınmalıdır ki, Türkiyənin nufuzunun artdığı regionda Rusiyanın da ənənəvi maraqları var və onlar qorunmalıdır”.
Bu xəbər oxucular tərəfindən 768 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed