Şrift:
Azərbaycan sərhədində atışma: yaralı var
18.11.2014 [12:00] - Hadisə
Hadisə Bayaxanlı kəndi yaxınlığında baş verib

Kriminal İran Azərbaycan sərhədində atışma olub. Bu barədə yerli sakinlər ANS PRESS-in bölgə müxbirinə məlumat veriblər.

Məlumata görə, hadisə rayonun Bayaxanlı kəndi yaxınlığında baş verib. İrandan qaçaq yolla Azərbaycana narkotik maddə keçirən şəxslərlə sərhədçilər arasında baş verən atışma zamanı İran İslam Respublikası vətəndaşı yaralansa da, hadisə yerindən qaça bilib.

Lakin əməliyyat zamanı bir nəfər, Cəlilabad rayon Məlikqasımlı kənd sakini həbs olunub. Məlumata görə, sərhəd pozucuları İrandan Azərbaycan qanunsuz olaraq külli miqdarda narkotik maddə keçirməyə cəhd göstəriblər.

Faktla bağlı araşdırma aparılır.
Bu xəbər oxucular tərəfindən 824 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed