Şrift:
Təbrizin Barış qrupu Türkvizyon finalında [Video]
21.11.2014 [15:13] - Güney Azərbaycan xəbərləri, Türk dünyası-Turan, Mədəniyyət, davam TV
Təbrizin Barış musiqi qrupu Tatarıstanın paytaxtı Kazan şəhərində türkdilli ölkələr və bölgələr arasında keçirilən Türkvizyon 2014 mahnı müsabiqəsinin finalına çıxıb.

Həsən Əbdüləzimzadənin bəstələdiyi "Heydər baba" adlı rock mahnısı ilə ikinci dövr Türkvizyon yarışmasında İranı təmsil edən Barış qrupuna güneyli müğənni Məsud Əmir Sepehri rəhbərlik edir.

Türkvizyon veb səhifəsinə istinadən, müsabiqənin yarımfinalı noyabrın 19-da türk dünyasının mədəniyyət paytaxtı Kazan şəhərində keçirilib.

Cümə gecəsi keçiriləcək finalda Tatarıstan, Türkiyə, Qazaxıstan, Başqırdıstan, Rusiya, Qırğızıstan, Makedoniya, İran, Krım, Özbəkistan, Bosniya-Hertsoqovina və Türkmənistan təmsilçiləri yarışacaq.

İran mediasında yazılanlara görə, müsabiqənin ilk mərhələsində İran türklərini Türkvizyon 2014 müsabiqəsində təmsil etmək üçün üçü Tehran, biri isə Təbrizdən olmaqla, dörd musiqi qrupu arasında yarış keçirildikdən sonra Barış qrupu Tatarıstana getməyə nail olub.




Əlirza Quluncu
Bu xəbər oxucular tərəfindən 911 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed