Şrift:
Ana dili yasaqlanan Qərbi Azərbaycanda savadsızlıq hökm sürür!
26.11.2014 [10:48] - Güney Azərbaycan xəbərləri
İranda qeyri-fars millətlərinin ana dildə təhsil ala bilməməsi savadsızların sayının artması ilə nəticələnir. Bunu İranın rəsmi statistikası (amar) da təsdiq edir.
Qərbi Azərbaycan Təhsil Şöbəsinin baş müdiri Fridun Seyid Mustəfəvi dünən Urmiyədə jurnalistlərə deyib ki, “Qərbi Azərbaycan savadsızların sayına görə 3-cü vilayətdir və hazırda Qərbi Azərbaycanda 183 min nəfər savadsız var.”

Bundan öncə Qərbi Azərbaycan Təhsil Şöbəsinin rəsmisi bu vilayətdə savadsızların sayını 563 min nəfər elan etmişdir. Onun dediyinə görə, Qərbi Azərbaycanda 6 yaşdan çox əhalinin sayı 2 milyon 752 min 206 nəfərdir, və bundan 563 min nəfəri savadsızdır. Bu isə qeyd olunan əhalinin 20 faizi deməkdir.

Təhsil Şöbəsi rəsmisinin sözlərinə görə, 563 min nəfər savadsızdan 269 min nəfəri şəhərdə və qalanı kəndlərdə yaşayır, başqa sözlə desək savadsızların 47 faizi şəhərlərdə yaşayır.

Qeyd edək ki, qeyri fars-millətlərinin savadsız qalmasının əsas səbəbi -ana dillərində təhsil ala bilmədikləridir- deyə ekspertlər dəfələrlə vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 737 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed