Şrift:
ABŞ-dan Qarabağa həmlə
26.11.2014 [11:12] - Xəbərlər, Gündəm
"Tərəflər kompromis variantlar haqqında düşünməlidir"
ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ceff Ratke Dağlıq Qarabağ münaqişəsi haqqında bəyanatla çıxış edib.

Ceff Ratke Ermənistanı və Azərbaycanı sülh danışıqlarının davam etdirilməsi üçün bütün səyləri artırmağa çağırıb.

O, deyib: "ABŞ münaqişə tərəflərini təmas xəttində gərginliyin artmasına gətirib çıxaracaq hərəkətlərindən çəkinməyə çağırır. Biz tərəfləri sülh danışıqlarının keçirilməsinə və Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üçün kompromis variantlar haqqında düşünməyə səsləyirik. ABŞ əvvəlki kimi, bu məsələdə kömək göstərməyə hazırdır."
Bu xəbər oxucular tərəfindən 664 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed