Şrift:
Ermənilərin Azərbaycanın məxfi sənədlərini ələ keçirdikləri xəbəri yayıldı
26.11.2014 [11:43] - Xəbərlər, Gündəm
Rabitə Nazirliyi bununla bağlı məlumat yaydı
"Erməni xaker qruplarının Azərbaycan nazirliklərinin rəsmi saytlarına kiber hücum təşkil etməsi mümkün deyil".

Bunu rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşviq Əmirov deyib. O bildirib ki, dövlət qurumlarının saytları xüsusi qaydada qorunur:

"Dövlət saytları Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) yanında Elektron Təhlükəsizlik Mərkəzi (ETM) tərəfindən qorunur. Nazirlik saytları müvafiq serverlərə qoşulduğu üçün etibarlı şəkildə mühafizə edilir. Ermənistan tərəfindən istənilən kiber hücuma qarşı əvvəlcədən qabaqlayıcı tədbirlər görülür. Deyildiyi kimi ermənilər tərəfindən kiber hücumların təşkil olunması məlumatları yalandır", - deyə nazirlik rəsmisi söyləyib.

Qeyd edək ki, Ermənistan mətbuatında bir erməni xaker qrupunun Azərbaycan dövlət qurumlarının saytlarına kiber hücum təşkil etdiyi iddia edilib. Bildirilib ki, xakerlər nazirliklərin saytına hücum edərək vurulmuş erməni helikopteri və cəsədlərlə bağlı məxfi məlumatlar əldə ediblər.
Bu xəbər oxucular tərəfindən 664 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed