Şrift:
Şaxtyor uduzdu və... mərhələ keçdi
26.11.2014 [13:56] - İdman
UEFA Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura start verilib. Noyabrın 25-də iki komanda 1/8 finala adlaya bilib. H qrupunda yarışan Ukraynanın “Şaxtyor” komandası Lvovda İspaniyanın “Atletik” klubuna məğlub olsa da (0:1), raundu keçib. Buna Donetsk təmsilçisini izləyən BATE-nin (Belarus) evdə lider “Portu”ya uduzması (0:3) səbəb olub. Sona 1 tur qalmış “Şaxtyor” 8 xalla “Atletik” və BATE üçün əlçatmazdır.

Səfərdə “Şalke”ni 5:0 hesabı ilə udan Londonun “Çelsi” komandası isə G qrupundan ilk vəsiqəni qazanıb.

Çempionlar Liqasının qrup mərhələsini indiyəcən Dortmund “Borussiya”sı, Madrid “Real”ı, “Bavariya” (Almaniya), PSJ (Fransa), “Barselona” (İspaniya), “Portu” (Portuqaliya) dəf etmişdilər.
Bu xəbər oxucular tərəfindən 817 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed