Şrift:
“Erməni soyqırımı” hardan qaynaqlandı?! XII HİSSƏ
27.12.2011 [03:43] - Güney Azərbaycan xəbərləri
Hitler və ermənilər

Prof.Türkkaya Ataöv Orly sui-qəsdinə aid məhkəmədə “ ermənilərin Osmanlı dönəmində Yahudi soyqırımı yapdıqlarını və bunu da Hitler dönəmində çox ciddi variantlarda davam etdirdiklərinə dair ciddi dəlillər vardır”, dedikdən sonra, bunları məhkəmə heyətinə verə biləcəyini söyləmişdir. Bundan sonra da Hitler- erməni əlaqələrinə dair faktları açmışdır. Bu məlumat ermənipərəst müəllif olan Cristoper Walker-in “The Survivat of a nation” adlı kitabının 357-ci səhifəsində verilmişdir. Həmin müəllif yazır: ermənilər Hitlerin əmrini yerinə yetirmək üçün 30.000 adamdan ibarət qoşun yaratmış, bunları dəstələr halında 2-ci Dünya savaşına çıxartmışdılar, müvəqqəti erməni hökuməti qurublarmış, Bverlin Radiosundan yararlanırlarmış.19, 20, 21 Avqust 1936-cı il tarixli Hayastan qəzetində yəhudilərin “Zəhərli və xroniki bir xəstəlik” olduqlarını yazmış və Hitlerin xilaskar “qurtarıcı” olduğunu ifadə etmişdilər. Mənə elə gəlir ki, Adolf Hitlerə faşist olmağı Mussolini yox, ermənilər və onların papazları-patriqləri - vazqenləri öyrətmişdirlər.

Əli KƏrimbəyli /AMEA/
Bu xəbər oxucular tərəfindən 1108 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed