Şrift:
Qroznıda keçirilən xüsusi əməliyyat zamanı 7 polis əməkdaşı həlak olub, 18 nəfər yaralanıb
04.12.2014 [12:24] - Hadisə, Dərbənd
Bu barədə “RİA Novosti”yə açıqlamasında Çeçenistan Respublikasının hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

“Mülki şəxslər arasında zərərçəkən olmayıb”, - deyə mənbə bildirib.

Qroznıda Mətbuat Evinin binasında gizlənən silahlı şəxslər zərərsizləşdirilib.

“RİA Novosti”in verdiyi xəbərə görə, bu barədə Rusiya Milli Antiterror Komitəsinin yaydığı məlumatda bildirilir.

Məlumata qeyd olunur ki, keçirilən xüsusi əməliyyat çərçivəsində 20 nömrəli şəhər məktəbində gizlənmiş silahlıların zərərsizləşdirilməsi istiqamətində əlavə tədbirlər görülür.

Xatırladaq ki, gecə saatlarında Qroznıda 5 yol polisi əməkdaşı silahlı şəxslər tərəfindən öldürülüb. Polislər şübhəli avtomobili saxlamağa cəhd edərkən avtomobildə olan şəxslər atəş açıblar. Sonra silahlılar Mətbuat Evinin binasında gizləniblər.

Silahlı şəxslərin yaydığı bəyanatdan məlum olur ki, onlara Doku Umarovun “sağ əli” olan Əmir Həmzət rəhbərlik edir. “Biz Əmir Həmzətin göstərişi ilə Cövhər şəhərinə daxil olmuşuq. Hazırda döyüşlər gedir, şəhərə çoxlu sayda mücahid girib. Biz mürtədlərin müsəlman qadınları, bizim bacılarımızı sıxışdırdığına görə qisas alırıq. Bu, intiqam əməliyyatıdır və biz sonadək döyüşəcəyik”, - deyə bəyanatda vurğulanıb.
Bu xəbər oxucular tərəfindən 970 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed