Şrift:
Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti münasibət bildirdi
05.12.2014 [11:19] - Gündəm, Gənclik, Bildiriş
Avropa Parlamentinin prezidenti Martin Şultsun 26 noyabr 2014-cü ildə Avropa Parlamentinin plenar iclasındakı çıxışı ilə bağlı Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin

BƏYANATI


Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti olaraq cari ilin noyabr ayının 26-da Avropa Parlamentinin plenar iclasındakı Avropa Parlamentinin prezidenti Martin Şultsun qərəzli və məqsədli şəkildə ölkəmizin imicinə xələl gətirməyə hədəflənmiş çıxışını pisləyirik. Məqsədli şəkildə baş vermiş olaya təəssüfümüzü bildirirməklə bərabər, eyni zamanda Avropa Parlamenti kimi nüfuzlu beynəlxalq qurumun prezidentinin müstəqil və demokratik bir ölkənin daxili işlərinə qarışmağa cəhd etməsini yolverilməz hesab edirik.
Təqsirləndirilən şəxs qismində barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilmiş Leyla Yunusun istintaqının getdiyi və hələ bitmədiyi bir məqamda guya onun ictimai fəaliyyətinə görə həbs olunması və hüquqlarının pozulması ilə bağlı Martin Şultsun söylədiyi fikirlər qətiyyən həqiqəti əks etdirmir.
Maraqlıdır əməlində konkret cinayət tərkibi olmasında şübhəli bilinərək həbs olunan bir QHT nümayəndəsini Martin Şultsun bu qədər ciddi-cəhdlə müdafiə etməyinin səbəbi nədir? Niyə cənab Şults bircə dəfə də olsun Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş bir milyondan çox insanın pozulmuş hüquqlarından bir cümlə belə işlətmir? Maraqlıdır cənab Şults və bəzi onun kimi avropalı siyasətçilər ölkəmizə qarşı işğalçılıq siyasəti nəticəsində qətlə yetirilmiş günahsız insanlar haqqında danışmaq məqamı gələndə susmağa üstünlük verirlər? Budurmu Qərb demokratiyası və Avropa siyasilərinin insan hüquqlarına və insan taleyinə münasibəti?
Cənab Şults bilməlidir ki, Azərbaycan Respublikası müstəqil, demokratik və hüquqi dövlətdir. Azərbaycan insanı 90 il əvvəl Şərqdə ilk demokratik və hüquqi dövləti quranda bu gün ölkəmizin imicinə kölgə salmağa çalışan avropalı siyasətçilərin valideyinləri belə anadan olmamışdı. Azərbaycan xalqına demokratiya dərsi keçməyə cəhd edən bu cənablar azı üç nəsil və ya bir əsrdən də çox gecikiblər! Azərbaycan dövləti ilə şantaj, hədə usulu və tonu ilə danışmağı düşünən bu cənablar yanılır və böyük səhv edirlər.
Özünün sürətli inkişaf dövrünü yaşayan Azərbaycan Respublikasında insan amili ən yüksək məqamda dayanır və bu dövlətdə hər bir vətəndaşın hüquqlarının qorunması ən ali səviyyədə, qanunlar çərçivəsində qorunur və təmin edilir. Cənab Şults da bunu yaxşı bildiyi halda nədən ölkəmizə qarşı qərəzli münasibəti ortaya qoyur? Bunun kökündə Azərbaycanın inkişafından əndişələnmək, paxıllıq və qısqanclıq durur.
Bəyan edirik ki, Martin Şults və onunla eyni mövqedə olaraq Azərbaycanın imicinə kölgə salmağa çalışan avropalı siyasətçilərin qərəzli siyasi məqsədlərlə Azərbaycana təsir metodları keçərli deyil və əbəsdir. Və onların Azərbaycana demokratiya və insan hüquqları sahəsində “dərs” keçmələrinə də ehtiyyac yoxdur.
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti olaraq Martin Şultsun Azərbaycanda insan hüquqlarının pozulması, insanların siyasi və ictimai fəaliyyətlərinə görə həbs edilməsi kimi absurd, həqiqətdən kənar, şantaj xarakterli fikirlərini birmənalı olaraq rədd edirik.
Bu cür qərəzli mövqeləri yalnız və yalnız onların və təmsil etdikləri qurumların qeyri-ciddiliyini göstərir.

İlqar Orucov
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri,
fəlsəfə doktoru.
Bu xəbər oxucular tərəfindən 979 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed