Şrift:
Gözlə görülə bilməyəcək qədər kiçik olan casus mikrofon hazırlanıb
28.12.2011 [10:08] - Köşə yazarları
İran gözlə görülə bilməyəcək qədər kiçik olan casus mikrofon düzəltdiyini açıqlayıb. Nurşirvani Texnologiya Universitetinin alimlərindən Bəhram Əzizullah Gəncinin kəşfi olan mikrofon 0.5 x 0.5 millimetr ölçüsündədir. Bu günə qədər dünyada hazırlanan ən kiçik mikrofon olduğu ifadə edilən cihazdan tibb sahəsində, xüsusilə ürəyin səsinin tam olaraq dinlənilməsi və ana bətnindəki körpənin sağlamlığının araşdırılması üçün istifadə də edilə biləcək. Eyni zamanda Bəhram Əzizullah Gənci yeni cihazın balıqçılıq, sualtı müşahidə sistemləri, səs dalğalarının ölçülməsi və bəzi dəniz heyvanlarının təyin olunması üçün də istifadə olunacağını deyib. Ancaq gözlə görülməsi çox çətin olan mikrofonun ilk mərhələdə hərbi və casusluq məqsədilə istifadəsi planlaşdırılır.
Bu xəbər oxucular tərəfindən 588 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed