Şrift:
Güney Azərbaycan xəbərləri
28.12.2011 [18:14] - Köşə yazarları
İranın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirilib

Azərbaycan Milli Demokrat (Boz Qurd) Partiyası bu gün İranın Azərbaycandakı səfirliyi qarşısında piket (dəstək göstərisi) keçirib.
Piketin keçirilməsində məqsəd İran Prezidenti Mahmud Əhmədinejadın Azərbaycan xalqına və müsəlmanlara qarşı işğalçı və soyqırımı siyasəti yeridən qondarma “Ermənistana” səfəri zamanı erməni antiislamçıları ilə iqtisadi-siyasi anlaşmaya qol qoymasıdır.
40 nəfərdən ibarət piket iştirakçıları tərəfindən “fars, rus, erməni – bunlar türkün düşmənidir”, “erməni İslam dininin düşmənidir” kimi şüarlar səsləndirilib.Azərbaycan Milli Demokrat (Boz Qurd) Partiyasının rəsmi səlahiyyətlisi Şaban Nəsirli partiyanın bəyanatını oxuyub. Qeyd edək ki, polis aksiya iştirakçılarına heç bir müdaxilə etməyib.


İran BƏƏ-ni bütün əlaqələri kəsməklə hədələyib

“Əgər Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranda xarici valyutanın bahalaşmasına təsir göstərməyə davam etsə, bu ölkə ilə bütün əlaqələrimizi kəsəcəyik”. Bunu İranın birinci vitse-prezidenti Məhəmmədrza Rəhimi bildirib. O, son zamanlar İranda dolların məzənnəsinin artmasına toxunaraq ölkədə xarici valyutanın bahalaşmasında BƏƏ-ni təqsirləndirib: “Birləşmiş Ərəb Əmirliklərinin bütün ərazisi İranın bir vilayəti qədər olmasa da, ölkəmizin iqtisadiyyatına mənfi təsir göstərə bilir. İranda xarici valyutanın bahalaşmasında BƏƏ-nin əli var. İrandan hər həftə ora 160 təyyarə reysi həyata keçirilir və BƏƏ-yə ticarət məqsədilə gedib-gələn xeyli sayda vətəndaşımız var”.


İran qərbi neft kartı ilə hədələdi

İran rəsmilərinin dünən verdiyi açıqlamaya əsasən, əgər İranın xam neftinə tətbiq edilən sanksiyalar (təhrim) davam edərsə, İran Hörmüz körfəzi vasitəsilə ixrac edilən nefti dayandıracağını deyib.
İranın neft ixracını kəsməsi Körfəz neftindən asılı olan ölkələrinin iqtisadiyyatına ciddi zərbə vura bilər.
Qərbin İrana təzyiqi noyabrın (November) 8-də MAQATE-nin (Azərbaycanla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) Tehranda atom bombasının yaradılması üzərində işlədiyini bildirən hesabatından sonra gərginləşib. İran bunu inkar edib və dinc məqsədlər üçün nüvə enerjisi hazırladığını deyib.
2006-cı ildən bəri BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) dörd dəfə sanksiya (təhrim) qoymasına baxmayaraq, İran nüvə fəaliyyətini daha da genişləndirib.
Üç həftə əvvəl Avropa Birliyi xarici işlər naziri İrana olan sanksiyaları daha da artırmağı və dünyanın ən böyük beşinci xammal istehsalçısı olan İranın neftinə embarqo (təhrim) qoymaq barədə plan irəli sürmüşdü.
“Əgər Qərb İran neftinin ixracına sanksiya qoyarsa, onda heç bir damla neft də Hörmüz körfəzindən axa bilməz” – İranın birinci vitse prezidenti (prezident müavini) Məhəmməd Rza Rəhimi deyib.


İranda ABŞ-a casusluq suçundan yaxalanan Hikmətinin ilk məhkəməsı keçirildi

İranda ABŞ yə casusluq suçundan yaxalanan Hikmətinin ilk məhkəməsı keçirildi
İran vətəndaşlı 1983 doğulan və ABŞın Mişigan əyalətində yaşayan Əli oğulu Əmir Mirzayi Hikməti bir müddət əvvəl İran İslam cumhuriyəti nizamı əleyhinə ABŞ təşkilatı "CIA"lə əməkdaşlıq günahından nəzarətə alındı.
Bu gün səhər Səlavatının Başçılığında təşkil edilən məhkəmədə ilk başda tutuqlu haqqında öz etiraflarına da söykənərək hazırlanan iddianamə mətni dadistan Nümayəndəsi tərəfindən oxundu.
İddianamədə mutəhəm Hikmətinin İslam cumhuriyetinin nizamı əleyhinə düşmən ABŞ və bu ölkənin təşkilatı "CIA" ilə əməkdaşlıq ettiyi vurğulandı.
Casusluq suçundan tutuqlanan şəxs müdafiə etməsində günahını etiraf etməklə birlikdə ABŞ tərəfindən aldadıldığını, ayrıca İrana gəlişiylə bu ölkədə qalmaq istədiyi və bir daha Amerikaya dönmə niyyəti olmadığını söylədi.
Məhkəmə sonunda Hakim Səlavati, müdafiə etmə mətnini muttəhəmin vəkili tərəfindən məhkəməyə təqdim edilməsi və lazımlı araşdırmalar edilməsindən sonra məhkəmə qərarının elan ediləcəyini bildirdi.


Ruqəyyə Həsənzadənin barəsində çıxarılan məhkəmə qərarı təsdiqlənib

Beynəlxalq təzyiqlərlə üz-üzə qalan Molla rejimi illərdir öz vətəndaşlarına qarşı tətbiq etdiyi təzyiqləri var gücü ilə davam etdirir.
Şərqi Azərbaycan vilayətinin (ostan) apelyasiya məhkəməsı (dadqah-i təcdide nəzər) Təbrizin ümumi məhkəməsinin 104-cü şöbəsi tərəfindən 91 gün həbs və 20 zərbə şallağa məhkum olunan xanım Ruqəyyə Həsənzadənin dosyesinə baxıb.
Apelyasiya məhkəməsi ümumi məhkəmənin qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, xanım Həsənzadə ümumi asayişi pozmaq və sistemin əleyhinə şüar verməkdə ittiham edilib.


Əhmədinejad: "İran istənilən xarici təhdidə qarşı çıxmaq üçün heç nədən çəkinməyəcək"

İran prezidenti Mahmud Əhmədinejad İslam Respublikasının düşmənlərinin İran xalqı və haqlarına hörmət etməkdən başqa çıxış yolu olmadığını bildirib. İranın qərbindəki İlam şəhərində böyük izdiham qarşısında çıxış edən Mahmud Əhmədinejad deyib ki, istənilən xarici təhdidə hazırdırlar və buna qarşı çıxmaq üçün heç nədən çəkinməyəcəklər.
İranın digər dövlətlərin beynəlxalq suverenlik və əsas hüquqlarına hörmətlə yanaşdığını deyən prezident Əhmədinejad digər ölkələrin də İranın bu dəyərlərinə hörmətlə yanaşmasının vacibliyini vurğulayıb. O, İran xalqının heç zaman ABŞ-ın ekspansionist siyasətinə yol verməyəcəyini bəyan edib. Mahmud Əhmədinejad ABŞ və onun müttəfiqlərinin 32 ildir İran əleyhinə işlədiyini qeyd edib.


Mehdi Kərrubi seçkilərə qatılmayacaqlarını bildirib

İran müxalifətinin liderlərindən olan, 10 aydan çoxdur ev dustaqlığında saxlanan Mehdi Kərrubiyə həyat yoldaşı Fatimə Kərrubi ilə görüş verilib.
Görüşdə Mehdi Kərrubi islahatçıların qarşıdan gələn parlament seçkisinə qatılmayacağını bəyan edib.
İranda növbəti parlament seçkisi 2012-ci ilin martında (March) keçirilməlidir.
Kərrubinin qarşıdan gələn parlament seçkisi ilə bağlı mövqeyini Fatimə Kərrubi görüşdən sonra jurnalistlərə açıqlayıb.
Mehdi Kərrubi xanımı vasitəsilə tərəfdarlarına etdiyi müraciətində hakimiyyətin parlament seçkisini yuxarıdan yönləndirmək niyyətində olduğunu, saxta seçki keçirmək istədiyini vurğulayıb: “Mən İran İslam Cümhuriyyəti rəsmilərinin mövqeyindən belə bir nəticəyə gəlmişəm ki, hakimiyyətdə olan bu cənablar xalqın səsinə zərrə qədər inanmırlar. Məhz buna görə də onlar indidən saxta bir seçki keçirməyə hazırlaşırlar.
Xalqın narazılığından xəbərdar olan bu cənablar bəzi seçki dairələrini ləğv etmək, seçkini saxtalaşdırmaq, buna etiraz bildirənləri isə tutub dama basmaq niyyətindədirlər. Onlar ölkədə qorxu, vahimə yaratmaqla təhlükəsizlik qüvvələrinin zoru sayəsində 2009-cu ildə keçirilmiş prezident seçkisi dövründəki oyunları təkrarlamağa çalışırlar”.


Güney Azərbaycanda insan haqları pozuntuları ilə bağlı 6 aylıq hesabat açıqlanıb

Güney Azərbaycanın Şərqi və Qərbi əyalətlərindəki (ostan) mötəbər mənbələr, bu iki əyalətdə qeydə aldıqları insan haqları pozuntularını açıqlayıblar.
Bu barədə insan haqları fəalları ancaq qeyd edə bildikləri faktları İrandakı Beynəlxalq İnsan Haqları Kampaniyasına bildiriblər. Hesabat ancaq 6 ayı (1390-cı ilin birinci 6 ayı) əhatə edir. Məlumata görə insan haqları pozuntuları faktları şübhəsiz ki elan olunan faktlardan daha çoxdur.
Hesabatda represiyalara (sərkublara) məruz qalan insanların adlarıda çəkilib. Qeyd olunub ki, son 6 ay müddətində mədəni, siyasi, insan haqları, ayrıca qadın haqları və ekoloji fəallarından 320 nəfərdən çoxu tutuqlanıb. Tutulanlardan çoxu Urmu Gölü etirazlarında yaxalanıblar. Onlardan 326 nəfərinin kimliyi açıqlanıb.
Tutuqlanan azərbaycanlıların bir çoxu bir neçə gün saxlanıldıqdan sonra azadlığa buraxılıblar. Barələrində məhkəmə qərarı çıxarılan 45 nəfərdən 16-na şallaq hökmü verilib. 16 nəfərin barəsində isə cərimə qərarı çıxarılıb. 3 nəfər barəsində şallaq və cərimə qərarı çıxarılıb və 20 zərbə şallaq vurulduqdan sonra azad ediliblər.
6 ay müddətində sözdə narkotik (müxəddir) maddələri ilə bağlı 10 nəfər edam edilib.
Öncədən həbsə məhkum edilmiş 7 nəfər isə zindanlara gətirilib və hazırda məhbus həyatı yaşayırlar.
4 nəfər azərbaycanlı öyrəncinin isə təhsilinin davamına qadağa qoyulub.
Tutulan azərbaycanlıların bir çoxuna tutulduqları zaman zor tətbiq olunub və saxlanıldıqları müddətdə işgəncə ediliblər. Tutuqluların böyük əksəriyyəti təhqirlərə məruz qalıb və işgəncələr nəticəsində bəzilərinin səhəti pozulub.
Bir daha xatırladaq ki, hesabatda vurğulanaraq qeyd olur ki, yuxarıda qeyd olunan faktlar ancaq insan haqları fəalları tərəfindən qeydə alınmış faktlardır, reallıqda isə şübhəsiz ki belə hadisələr daha çox baş verib.


İranın keçmiş xarici işlər naziri 8 il azadlıqdan məhrum edilib

1979-cu ildə qurulmuş İran İslam Respublikasının (Cümhuriyyəti) ilk xarici işlər naziri, mötədil islamçıların qurumu kimi tanınan Azadlıq Hərəkatı Partiyasının 80 yaşlı lideri İbrahim Yəzdi 8 il həbsə məhkum edilib.
Liberal görüşləri ilə tanınan İbrahim Yəzdi 1979-cu ildə islamçı tələbələr ABŞ (Amerika Birləşmiş Ştatları) səfirliyini ələ keçirib amerikalı diplomatları girov götürəndən sonra xarici işlər naziri vəzifəsindən istefa verib.
Fəaliyyətinə qadağa qoyulmuş İran Azadlıq Hərəkatı Partiyasının lideri İbrahim Yəzdi 2009-cu ildə İranda keçirilmiş prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlardan sonra üç dəfə tutulub saxlansa da, sonra mülk girovu qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.
İbrahim Yəzdinin 8 il müddətinə azadlıqdan məhrum edilməsi haqda qərarı Tehran məhkəməsi çıxarıb.
Vəkil Məhəmmədəli Dadxah jurnalistlərə açıqlamasında deyib ki, məhkəmə prosesi (prusə) qapalı keçirilib və İbrahim Yəzdi İranın milli təhlükəsizliyinə qarşı çıxmaqda və yalan yaymaqda təqsirli bilinib. Vəkil deyib ki, onun müvəkkili prosesin qapalı keçirilməsini düzgün saymır və hesab edir ki, bu siyasi proses açıq, jurnalistlərin, başqa insanların iştirakı ilə keçirilməlidir.
Vəkil İbrahim Yəzdinin bir neçə xəstəlikdən əziyyət çəkdiyini vurğulayıb.
Bu xəbər oxucular tərəfindən 770 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed