Şrift:
Azərbaycan və Türkiyə müdafiə təyinatlı məhsulların ixracını həyata keçirmək üçün birgə müəssisə yaradır
28.12.2011 [18:32] - Xəbərlər, Hərb
Azərbaycan və Türkiyə müdafiə təyinatlı məhsulların ixracını həyata keçirmək üçün birgə müəssisə yaratmağı planlaşdırır.

Bu barədə Türkiyənin Makina və Kimya Sənayesi Təşkilatından (MKEK) məlumat verilib.

Birgə müəssisənin yaradılması məsələsi ötən ilin ortalarından müzakirə olunur. Tərəflərin bununla bağlı bir sıra təklifləri olub, hazırda həmin təkliflər Türkiyə Müdafiə Sənayesi Katibliyi və Azərbaycan Müdafiə Sənayesi Nazirliyində nəzərdən keçirilir. Növbəti ildə birgə müəssisənin yaradılması ilə bağlı müvafiq qərarın qəbulu gözlənilir.

MKEK-dən bildirilib ki, başlanğıcda yaradılacaq şirkət MKEK və MSN-in müəssisələrində istehsal olunan məhsulların ixracını həyata keçirəcək. Sonrakı mərhələdə isə müraciətlər əsasında digər firmalar öz məhsullarını bu şirkət üzərindən sata biləcəklər. Şirkət xarici bazarları öyrənəcək, marketinq təşkil edəcək, Türkiyə, Azərbaycan və digər ölkələrdə tenderlərə qatılacaq.

Qeyd edək ki, son iki ildə MKEK MSN-lə Azərbaycandan döyüş sursatları və silahların ixracına dair bir neçə müqavilə imzalayıb.
Bu xəbər oxucular tərəfindən 879 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed