Şrift:
Seyd Cəfər Pişəvərinin məzarı ziyarət olunacaq
11.12.2014 [12:51] - Xəbərlər, Güney Azərbaycan xəbərləri, MDH
MDHP Güney Azərbaycan Milli Hökumətinin yaranmasının 69-ci ildönümü münasibətilə Fəxri Xiyabanda Seyid Cəfər Pişəvərinin məzarını ziyarət edəcək.

Bu həftə 1945-ci ildə Güney Azərbaycanda Seyid Cəfər Pişəvərinin başçılığı ilə Milli Hökümətin qurulmasından 69-il ötür. Bu şanlı tarixmizin qeyd edilməsiylə bağlı, Milli Dirçəliş Hərəkatı Partiyasının Güney Azərbaycan Departamentinin təşəbüsüilə 13.12.2014-ci il tarixində saat 12 00 da 1945-46 ci ildə Güney Azərbaycanda qurulan milli hökümətin banisi Seyyid Cəfər Pişəvərinin Bakıda Fəxri xiyabanda məzarı ziyarət olunacaq və mərhümun xatirəsi hörmətlə yad ediləcək mərhumu məzarı önünüə əklil qoyulacaq və Milli Hökümətin Güney Azərbaycanda bir il müddətinə xidmətləri və məğlubiyyət səbəbləri haqda çıxışlar olacaq.
Mərasimdə MDHP rəhbərliyilə yanaşı, ölkəmizin ictimai –siyasi simaları,millət vəkilləri,digər siyasi və ictimai təşkilatların nümayəndələri,ziyalılar və Bakıda yaşayan Güneyli siyasi mühacirlər iştirak edəcək.
Bütün müdiya dəvətlidir.

MDHP mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 639 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed