Şrift:
Səudiyyə Ərəbistanında qadınlara sərbəst surətdə seçkidə iştirak etmək hüququ verilib
29.12.2011 [10:34] - Gündəm
Səudiyyə Ərəbistanında 2015-ci ildə keçiriləcək bələdiyyə seçkilərində qadınlar kişilərin razılığı olmadan namizəd ola və ya səs verə biləcəklər. Bu barədə məlumat krallığın rəsmi «Əl Vətən» qəzetində yayılıb.

Xatırladaq ki, indiyədək Səudiyyə Ərəbistanında qadınlar seçkidə namizəd olmaq və yaxud səs verə bilmək üçün atalarının, ərlərinin və yaxud qardaşlarının icazəsini almalı idilər.
Bu xəbər oxucular tərəfindən 2653 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed