Şrift:
Gənclər üçün pulsuz ingilis dili kurslarının icrasına başlanılıb
08.12.2011 [11:07] - Gənclik
Gənclər Təşkilatları Milli Şurasının üzv təşkilatı olan Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin həyata keçirtdiyi imkansız gənclər üçün pulsuz ingilis dili kursları lahiyəsinin seçim mərhələsi artıq yekunlaşdı. Bu barədə birliyin sədri Anar Xəlilov məlumat verib. Bu lahiyənin əsas məqsədi imkansız tələbələr və köçkün ailələrdən olan gənclərin ingilis dilinə yiyələnmələri üçün müvafiq şərait yaratmaq idi. Müraciətlərin çoxluğu lahiyənin seçim mərhələsinin müddətini uzanmağına səbəb oldu.
Artıq Sağlam İnkişaf və Maarıfləndirmə İctimai Birliyi "Smart SN Corporation" LLC dəstəyi seçim mərhələsindən sonra bu lahiyənin icrasına başlayıb.
Həmçinin "Smart SN Corporation" LLC –də öz köməkliyini bu gənclərdən əsirgəmədi. Bu lahiyədə iştirak edib, lakin müəyən səbəblərdən ödənişsiz ingilis dili kurslarında iştirak edə bilməyən gənclər də diqqətdən kənar qalmamaq üçün "Smart SN Corporation" LLC kursun ödənişini 50 % enidirək bu ingilis dilinə təlabatın artdığı bir dövürdə kurslardan yararlanmaq üçün gənclərə böyük şərait yaratmış oldu.
Seçim üç mərhələdən ibarət oldu. Bu seçim mərhələlərində bu gənclərin arasında savadlı , işgüzar gənclərə ictimai mühitdə özlərini sınamaqlarına şərait yaradılacaq. Ümid edilir ki, seçilən gənclərə özlərini tanıtmaqları , uğur qazanmaları üçün bu lahiyə bir addım olacaqdır.
Bu xəbər oxucular tərəfindən 1086 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed